toy salati

İftar süfrəsi -14-cü gün

Baxış sayı: 1. 515

“Gencaile.az” saytının “İftar süfrəsi” rubrikasında bu gün sizə yay ləzzətlərindən ibarət iftar menyusunu təqdim edirik.

Qatıqlı kartof şorbası

İçindəkilər

Kartof – 4 ədəd

Qatıq – 2 st.

Sarımsaq – 2 diş

Quru nanə – 2 x.q.

Zeytun yağı – 1 x.q.

Su – 2 st.

Duz, istiot – zövqə görə

Hazırlanması

Qabığı soyulmuş kartof xırda, dördkünc formada doğranılır, suda bişirilib soyudulur (suyu atılmır). Qatıq, zeytun yağı, xırdalanmış sarımsaq, quru nanə qarışdırlır. Soyudulmuş kartof qarışıma əlavə olunur. Üzərinə duz, istiot səpilir. Kartoflu şorba soyuq halda servis edilir.

Üç pendirli toyuq salatı

İçindəkilər

Çeddar pendiri – 30 qr.

Emmental pendiri – 30 qr.

Qoyun pendiri – 20 qr.

Toyuq filesi – 150 qr.

Kök – 1 ədəd

Yaşıl alma – 1 ədəd

Kahı – 1 ədəd

Qoz ləpəsi – 30 qr.

Cəfəri – yarım dəstə

Limon suyu – 2 x.q.

Zeytun yağı – 1 x.q.

Kəkotu – 1 çimdik

Qırmızı pul bibər – 1 ç.q.

Duz – 1 çimdik

Hazırlanması

Toyuq filesi nazik doğranır, bir az döyəclənir, üzərinə kəkotu, duz, qırmızı pul bibər səpilib yağsız halda tavada bişirilir. Pendirlər kub formasında, qoz ləpəsi xırda, kahı iri halda (bıçaqla yox əllə) doğranılır, kök sürtgəcdən keçirilir. Limon suyu zeytun yağı ilə qarışdırılıb salatın üzərinə gəzdirilir. Salat qızardılmış toyuq filesi, cəfəri və xırda doğranmış alma dilimlərilə bəzədilir.

Yay yeməyi

İçindəkilər

Qarğıdalı (maridanlaşdırılmış) – 200 qr.

Rəngli bibərlər – hərəsindən yarım ədəd

Yaşıl lobya – 200 qr.

Badımcan – 1 ədəd

Kabak – 1 ədəd

Kartof – 1 ədəd

Brokkoli

Zeytun yağı

Duz, istiot

Hazırlanması

Bibər, yaşıl lobya, badımcan, kabak və kartof samanvari doğranıb hərəsi ayrı-ayrı yağda qızardılır. Üzərinə qarğıdalı dənələri əlavə olunur, duz, istiot səpilir və qarışdırılır. Yemək suda bişmiş brokkoli ilə bəzədilib süfrəyə verilir.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir