Cheetah Platt ə Rhiann Voodyard cütlüyü evliliyi bir adət halına gətirib. Ölkə-ölkə, şəhər-şəhər 83 gün boyu 38 fərqli ölkədə onlarla dəfə evlənən cütlük hazırda internet fenomeninə çevrilib.
Harada evlənəcəklərinə qərar verə bilməyən cütlük sonda düşünüblər ki, ölkə-ölkə dolaşaraq, hər ölkədə evlənsinlər. Cütlük nə gəlinlik, nə də bəylik kostyumu ilə məşğul olub, buna vaxt ayırmayıb. Əksinə, ölkə-ölkə gəzib evləniblər. Ötən il nişanlanan cütlük tam 83 gün içərisində 38 fərqli ölkədə evlənib. ABŞ-ın Los Anceles şəhərində yaşayan cütlüyün peşəsi akrobatlıqdır. Dünya miqyasında evlilik statusunu qazanan cütlük artıq bütün dünyada məşhurdur. Təxminən 3 ay davam edən bu serial nikahları zamanı ər-arvad gəzdikləri ölkələr sayəsində bal ayını da keçirmiş olublar. Cütlük “niyə bütün dünya ölkələrində evlənmək istəyirsizniz” sualına cavabda bildiriblər ki, Los Anceles olduqca bahalı şəhərdir.
Bu səbəbdən də doğma şəhərdə toy etmək sərvət dəyərində pul xərcləməyə bərabərdir. Bir toya dünyanın puluynu vermək yerinə cütlük dünyanın bir çox yerində toy keçirməyə qərar veriblər.