yuxu

Qadınların ən çox gördüyü 5 erotik yuxu – MƏNALARI

Baxış sayı: 1. 663

Yuxunuzda məşhur biriylə birlikdə olduğunuzu, ya da rəfiqənizlə öpüşdüyünüzü görüb qorxuyla oyanmısınız heç? Bəs bu cür yuxular nə anlam verir?

“Gencaile.az” “Ailem.az”-a istinadən qadınların ən çox gördüyü 5 erotik yuxunu və mənalarını təqdim edir.

 

Yuxuda məşhurla birlikdə olmaq

Bu cür yuxular real həyatda bəzi dəyərlərin çatışmazlığının xəbərçisidir. Birlikdə olduğunuzu gördüyünüz bu məşhur əslində bir dəyərin, keyfiyyətin göstəricisidir. Yəni başqa cür desək, axtardığınız şey daha yaxşı şərtlər altında yaşamaqdır. Bu yuxunun digər anlamı isə bu məşhuru həqiqətən də çox istəmənizdir. Yəni real həyatda da bu insanı arzulayırsınız.

 

Qələbəlikdə sevişmək

Əgər yuxuda çoxlu insanların olduğu yerdə biriylə utanmadan sevişdiyinizi görürsünüzsə, bu, sizin təzyiq göstərilərək dəfn edilmiş cinsi istəklərinizin olduğunu göstərir. Deməli, cinsəlliyinizdən utanır, günahkar hiss edir və cinsi həyatınızı heç cür qaydaya sala bilmirsiniz. Gündəlik həyatda özünüzü daha yaxşı ifadə etmənin yollarını axtarmalı və seks həyatınızı əyləncəli hala gətirməlisiniz.

 

Rəfiqənizin sevgilisi ilə sevişmək

Dostunuzun sevgilisi ilə bir olmaq yuxu da olsa, xoş bir şey deyildir. O dəqiqə həyəcan keçirib gerçək həyatda da ona qarşı nəsə hiss etdiyinizi düşünməyin. Bu, gün keçdikcə azalan ehtirasın və qane olmanın xəbərçisidir.

Yuxuda olsa da, ən çox xoşunuza gələn şeyi özünüzdən soruşun. Deməli, həmin şey sizin həyatınızda çatışmır. Məhz bu çatışmazlıqlar belə yuxuları görmənizə səbəb olur.

 

Müdirinizlə sevişmək

Bunun mənası müdirinizə qarşı nələrsə hiss etməyiniz deyil, əlbəttə. İş həyatınızda aldığınız məsuliyyətlər bir yana, özünüzü gücsüz hiss etmənizin şüuraltına olan təsirinin nəticəsidir. İşdə nizam qura bilmək üçün beyninizin sizə oynadığı bir oyundur.

Yuxunuzda iyrənc, çirkin biriylə sevişirsinizsə, bu, özünüzü mühakimə edirsiniz anlamına gəlir. Yəni təpiklə yola saldığınız duyğuların bədən dilinizlə ortaya çıxmasıdır.

 

Başqa bir qadınla sevişmək

Tez-tez görülən yuxudur. Əgər homoseksual deyilsinizsə, belə yuxular görməniz homoseksual olduğunuz anlamına gəlməz. Bir qadının sizə toxunması içinizdəki qadının daha çox ortaya çıxdığını göstərir.

Bundan başqa daha çox şəfqətə ehtiyac duyursunuz. Ürəyinizin daha dərinliyinə toxunacaq birinə ehtiyacınız var. İstəklərinizi uyğun bir dillə sevdiyinizə desəniz, bəlkə xoşbəxt olmanız üçün sizə kömək edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir