yer

Hansı ölkələr və şəhərlər turistlərə nifrət edir? – FOTOLAR

Baxış sayı: 1. 565

Turist olaraq bir yeri gəzdiyimiz zaman dünyanın bizə aid olduğunu düşünürük. Amma bəzi şəhərlərin sakinləri turistlərlə eyni düşüncədə deyil. Ssizə dünyada turist sevməyən ən məşhur turizm şəhərlərinin siyahısını təqdim edirik. Yazıda bu nifrətin əsas səbəbləri də yer alacaq.

 

Barselona, İspaniya

İspaniyanın ən böyük iki şəhəri və Katoloniya bölgəsindəki paytaxtı, eləcə də 1.6 milyon əhalisi olan Barselona, 2013-cü ildə 7.5 milyon turisti qonaq etmişdi. Bu durum yerli hakimiyyəti və Barselona sakinlərini olduqca narahat edir.
Barselonada yaşayan və Barselonanı ziyarət edən insanların sayındakı bu ciddi uçurum turistik təsisatlar sayında artıma səbəb olur. Bu artım kirayə qiymətlərinə də təsir göstərdiyi üçün Barselona sakinləri turistlərə qarşı məsafəli davranırlar.
Buna görə də Barselona şəhərinin turizm əleyhdarı olan bələdiyyə sədri Ada Colau keçən aylarda şəhərdə yerləşən turistik təsisatların və otellərin dilində məhdudlaşmaya gediləcəyini açıqlamışdı.
Barselonaya səyahət edən turistlərin də əyləncə məsələsində ipin ucunu qaçırması, yəni, ağ etməsi xalq tərəfindən xoş qarşılanmır.
Barselonadakı bəzi divarlarda “Tourist go home” (Turistlər, evinizə gedin) yazıları da bunun ən açıq sübutudur.

Trip Koh Khai Island-Tour Ko Khai Nok Phang Nga Bay Thailand ...
Koh Khai və Koh Tachai, Tayland

Taylanda bağlı bu 3 cənnət ada üçün Tayland rəhbərliyi turizmin təbiətə verdiyi zərərləri qabardaraq, 2017-ci ilin ilk aylarında turist sayına məhdudiyyətlər gətirmişdi.
Hər gün təxminən 4 min turistin baş çəkdiyi və Taylandın məşhur turizm bölgəsi sayılan Phuket Adası sahillərinə yaxın yerləşən Koh Khai Nok, Koh Khai Nui ve Koh Khai Nai Adaları dalış və qayıq gəzintiləri ilə məşhurdur.
Amma 2017-ci ilin ilk aylarında Tayland hökuməti bu 3 adada yerləşən turizm fəaliyyətlərinə məhdudiyyət gətirmək üçün turistik fəaliyyətlərin büdcəsini də azaltdı.
Bundan başqa, ötən aylarda Taylandın ən gözəl adası olaraq bilinən Koh Tachai üçün Tayland rəhbərliyi əl dəyməmiş qumsalları və mərcan qayalıqarını qorumaq məqsədilə turizm fəaliyyətlərini sonlandırma qərarı almışdı.
Amsterdam, Hollandiya

Hollandiyanın paytaxtı Amsterdam qədər “forslu” ancaq bir neçə şəhər var. Amma Amsterdam da turizm fəaliyyətlərinə məsafəli dayanır.

Amsterdam Bazarlama Müdiri Frans van der Avert 2017-ci ilin may ayında İsveçrənin Luzern şəhərində keçirilən Dünya Turizm Forumunda şəhərlərin turizm ucbatından öldüyünü, şəhər sakinlərinin artıq şəhər mərkəzlərində yaşamadığını və Avropada çox sayda kiçik tarixi önəmə sahib olan şəhərin turistlər tərəfindən “zəbt edildiyini” söyləyib.

Frans van der Avert eyni zamanda deyib ki, Amsterdamın reklamını etmək üçün 1 avro belə xərcləməyiblər. O, şəhərdə insan sayını yox, keyfiyyətli insan sayını artırmağı hədəflədiklərini deyib: “Biz şəhərimizə parti üçün yox, maraq duyduğu üçün gələn turistlərə daha çox maraq göstəririk”.

 

Cinque Terre, İtaliya

Avropanın ən bənzərsiz mənzərəsinə sahib yerlərindən biri olan İtaliyanın Riviera şəhəri Cinque Terre gözəlliyinin qurbanı sayılır. Hər il 2.5 milyon turisti qonaq edən Cinque Terre şəhəri bəzi tədbirlər görərək bu sayı ildə 1.5 milyona qədər sabitləməyi planlaşdırır.

 

Arlington, Teksas, ABŞ

2015-ci ildə sosial mediada aparılan bir araşdırmanın nəticəsinə görə, ABŞ-ın Teksas ştatına bağlı olan Arlington şəhəri tuistlərdən ən çox nifrət edən Amerika şəhəri olma ünvanına haqq qazanıb.


1 İyun 2015 – 20 iyul 2015 tarixlərində Twitter vasitəsilə paylaşılan 37.171 tveet əsas götürülərək, ortaya çıxarılan bu nəticəyə görə, turistləri ən çox aşağılayan tveetlər Arlington şəhərindən atılıb.

 

Venesiya, İtaliya

İtaliyanın önəmli turizm mərkəzi olan Venesiya sevginin və romantizmin şəhəri ola bilər. Amma bənzər duyğular turistlərə qarşı hiss edilmir, bu, dəqiqdir. Venesiyalılar bir müddət öncə turizmin Venesiya şəhərini bir xəyalətlər şəhərinə çevirdiyini dilə gətirmək üçün bununla bağlı satirik bir cənazə mərasimi də gerçəkləşdirmişdi.


Turizmə görə yaranan qələbəlik və otellərdəki, evlərdəki yüksək kirayə haqqı bir çox Venesiya sakinini Kanallar Şəhərinin xaricində yaşamağa məcbur edir. 2016-cı ilin noyabrında aparılan son hesablamalara görə, Venesiyada yaşayan insan sayı 55 mindən daha aşağı düşüb. Halbuki bu rəqəm 1990-cı ildə təxminən 78 min nəfər idi.


Son 25 ildə turist sayında yaşanan hədsiz artıma görə Venesiyanın əsl sahibləri şəhərdə yaşamaq belə istəmirlər.

 

Bhutan

Cəbuni Asiya ölkəsi olan Bhutan əslində turistləri sevmir sayılmaz. Amma kasıb turistləri sevmir. Hindistan və Çinlə həmsərhəd olan Himalay Krallığı Bhutan “az turist çok pul” məntiqini müdafiə edir. Bhutana səyahət etmək istəyən insanlar qanunlara görə, gündə ən azı 250 dollar xərcləməyə məcburdular.
250 dollar başqa çoxmuş kimi görünsə də, bu qiymətə 3 və ya 4 ulduzlu oteldə gecələmə, yemək, nəqliyyat, muzey və monastr girişləri, habelə xarici dil bilən tur rəhbəri də daxildir.


Bununla baelə Bhutan rəhbərliyi ölkəyə səyahət edən insan sayını aşağı saxlamağa nail olur. Bhutanı 1 il boyunca ziyarət edən turist sayı Baliyə bir həftədə səyahət edən insan sayı ilə eynidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir