Təkcə oyaq olduqda deyil, yuxuda da arıqlamaq mümkündür. Bunun üçün bəzi şeyləri düzgün bilmək və onlara əməl etmək kifayətdir. Daha sağlam həyat sürməyiniz üçün, həmin üsulları sizə təqdim edirik.
1. Axşam yeməyini tez ye
Ən geci saat 19:00 olmaqla, axşam yeməyini yeməlisiniz. Gecə acımaq təhlükəsinin qarşısını almaq üçün ən ağıllı üsul tez yatmaqdır. Unutmayın ki, yeməyinizi nə qədər tez yesəniz, o qədər də tez həzm edəcəksiniz.
2. Qaranlıqda yat
Yağın əriməsinə kömək olan melatonin hormonu sadəcə qaranlıqda bədənimiz tərəfindən ifraz edilir. Yuxu əsnasında müəyyən miqdarda kalori itir. Bunu daha da artırmaq üçün otağınızın kifayət qədər qaranlıq olmasına diqqət edin.
3. Axşam idmanı et
Tərləmək su itirməyinizə kömək edir, bu isə tərəzidə müsbət tərəflərini göstərir. Axşam yeməyindən sonra gəzmək, mümkün olduğu halda üzmək, yavaş templə qaçmaq və yaxud da yoqa etmək, növbəti günə daha sağlam başlamağınıza kömək edər. Bundan əlavə, aparılan araşdırmalar göstərmişdir ki, axşam idmanı edənlər daha tez yuxuya getməyə nail olurlar.
4. Axşam yeməyində duzu azalt
Axşam yeməyi əsnasında yeməkləri çox duzlu yeməklə duzu bədəninizdə saxlayırsınız. Bu da növbəti günün səhəri şişkinlik hiss etməyinizin əsas səbəblərindən biridir. Axşam saatlarında duz əvəzinə, fərqli ədviyyatlardan istifadə etmək daha sağlam günə başlamağınıza kömək edəcək.
5. Otağını soyuq saxla
İnsan vücudu soyuqda daha çox kalori yandırır. Çünki metabolizm soyuqla mübarizə aparmaq üçün sürətlənir. Ancaq diqqətli olun. Vücudumuzun qüsursuz termostatı var, 14 dərəcədən aşağı temperaturlu bir otaqda bu sistemimiz artıq işarə verir və yata bilmir. Sağlam yuxu üçün ideal otaq temperaturu 16 ilə 19 dərəcə arasında olmalıdır.
6. Çoxlu su iç
Bu həqiqətən də işə yarayır. Su bədəndəki suyu da aparır. Yəni sistemdə şişkinliyə səbəb olan suyun boşaldılmasını yenə də su içərək təmin edirik.
7. Axşam yeməyində protein yemə
Proteinlerin maddələr mübadiləsi tərəfindən həzmi üçün 48 saat tələb olunur. Bu da axşam yeməyində yeyilən qırmızı ətin səhərə qədər həzm edilməyəcəyi mənasına gəlir. Bunun qarşısını almaq üçün axşam yeməyində salat, şorba kimi yüngül yeməklər yeyə bilərsiniz.
Mən salafanla bu usulu burdan oyrendim https://ariqlamaq.az/ ve ariqladim 4 kg