xeste

Ki­şi­lər ni­yə tez ölür?

Baxış sayı: 1. 326

Bir çox öl­kə­lər­də ol­du­ğu ki­mi, Azər­bay­can­da da ki­şi­lər qa­dın­la­ra nis­bə­tən da­ha tez ölür. Döv­lət Sta­tis­ti­ka Ko­mi­tə­si­nin mə­lu­ma­tı­na gö­rə, ke­çən il Azər­bay­can­da 58179 nə­fər dün­ya­sı­nı də­yi­şən­lə­rin 30968-ı ki­şi, 27211 nə­fə­ri qa­dın olub.

2015-ci il­də və­fat edən 54697 nə­fər­dən 29130-u ki­şi, 25567-i qa­dın olub. 2014-cü il­də isə bu rə­qəm mü­va­fiq ola­raq 55648, 29655, 25993 olub.
2013-cü il­də dün­ya­sı­nı də­yi­şən 54383 nə­fə­rin 29096 nə­fə­ri ki­şi, 25287 nə­fə­ri qa­dın olub.

2016-cı il­də dün­ya­sı­nı də­yi­şən­lə­rin 1531 nə­fə­ri 15-19 yaş­lı şəxs­lər olub. On­la­rın 1044-ü ki­şi, 487-i qa­dın olub.

Alim­lə­rin araş­dır­ma­la­rı­na gö­rə, oğ­lan uşaq­la­rı­nın ölüm ris­ki çox olur. Bu, hə­lə on­la­rın hə­ya­tı­nın baş­lan­ğı­cın­da mü­şa­hi­də olu­nur. 100 qa­dın cin­si emb­rio­nun pa­yı­na 120-130 ki­şi emb­rio­nu dü­şür, bü­tün dün­ya­da hər 100 ye­ni­do­ğu­lan qı­za 105 oğ­lan dü­şür. La­kin 65 yaş həd­di­nə çat­dıq­da dün­ya əha­li­si­nin 60,5 fai­zi­ni qa­dın­lar təş­kil edir.

Tib­bi eks­pert, hə­kim-te­ra­pevt Hü­seyn Meh­di­ye­vin bil­dir­di­yi­nə gö­rə, qə­dim za­man­lar­dan be­lə olub ki, ki­şi­lər qa­dın­lar­dan da­ha tez ölüb: “Ki­şi­lə­rin xa­ri­ci mü­hi­tə qar­şı da­vam­lı­lı­ğı hə­mi­şə zə­if olub. Bax­ma­ya­raq ki, qa­dı­na hə­mi­şə zə­if məx­luq ki­mi ya­na­şı­lır, am­ma do­ğu­lan kör­pə­lər ara­sın­da oğ­lan uşaq­la­rı­nın ölü­mü da­ha çox olur. Qız uşaq­la­rı­nın mü­qa­vi­mə­ti oğ­lan­lar­la mü­qa­yi­sə­də hə­mi­şə çox olur. Bö­yü­dük­cə, yaş­lan­dıq­ca ki­şi­lər fi­zi­ki cə­hət­dən çox güc­lü ol­sa­lar da, qa­dı­nın mü­qa­vi­mə­ti hə­mi­şə ki­şi­dən güc­lü olub”.
Meh­di­ye­vin fik­rin­cə, həm ge­ne­tik fak­tor­lar, həm də in­san­la­rın ya­şa­dı­ğı şə­ra­it, bö­yü­dü­yü mü­hüt, hə­yat tər­zi də öm­rün uzun­lu­ğu­na tə­sir edir: “Mə­sə­lən, qa­dın­lar ağ­la­maq­la öm­rü­nü uza­dır. Stress ke­çi­rən­dən son­ra ağ­la­maq­la in­san az da ol­sa bo­şa­lır. Ağ­la­yan­dan son­ra in­sa­na har­da­sa ra­hat­lıq gə­lir. Həd­din­dən ar­tıq çox ağ­la­ma­la­rı çıx­maq şər­ti­lə ağ­la­ma­ğın xey­ri var. Am­ma çox ağ­la­maq dep­res­si­ya­dır, bu, özü də bə­də­nə zi­yan­dır. Ki­şi­lər­sə stress­dən əsəb­lə­şir və bu his­si axı­ra ki­mi çı­xar­maq is­tə­yir. Ki­şi­lər stres­sə emo­sio­nal gər­gin­lik­lə ca­vab ve­rə, dö­yə, da­la­şa bi­lər. Söz­süz ki, or­ta yaş dövr­lə­rin­də və yaş­lan­dıq­ca bu cür dav­ra­nı­şın ağır­laş­ma­la­rı özü­nü bi­rü­zə ve­rir. Mə­sə­lən, təz­yi­qi olan adam bir­dən-bi­rə əsəb­lə­şir, təz­yi­qi qal­xır, bu­nun da nə­ti­cə­sin­də bey­nə qan­sız­ma ola bi­lər. Yaş art­dıq­ca in­farkt, in­sul­ta tu­tul­ma­nın risk­lə­ri ar­tır. Risk fak­tor­la­rı­nın ən ço­xu da emo­sio­nal gər­gin­lik­lə əla­qə­dar­dır”.

Mü­sa­hi­bi­miz qeyd edib ki, qa­dın­la­ra nis­bə­tən bi­zim ki­şi­lə­rin pis vər­diş­lə­ri çox­dur, si­qa­ret çə­kir, iç­ki içir­lər. Nor­ma­dan ar­tıq çox spirt­li iç­ki iç­mək, çox si­qa­ret çək­mək ölüm ris­ki­ni ar­tı­ran fak­tor­dur.

Hə­kim əla­və edib ki, son za­man­lar şə­kər­li dia­bet xəs­tə­li­yi ge­niş ya­yı­lıb: “Bu­nun ya­yıl­ma­sın­da qi­da­lan­ma da çox rol oy­na­yır. Qa­dın pəh­riz sax­la­ma­sa da, ki­şi­yə nis­bə­tən az ye­yir. Am­ma ki­şi­lər adə­tən da­ha çox ye­yir və ye­di­yi qi­da­lar spirt­li iç­ki iç­dik­də iki­qat ar­tır. Ki­şi­lə­rin öm­rü­nün qa­dın­la­ra nis­bə­tən qı­sa ol­ma­sı on­la­rın ke­çir­di­yi hə­yat tər­zin­dən ası­lı­dır”.

Onun söz­lə­ri­nə gö­rə, ki­şi­lə­rin az ya­şa­ma­sı­nın di­gər əsas sə­bə­bi on­la­rın otu­raq hə­yat sür­mə­si­dir: “Adam var ki, 15 metr­lik yo­lu get­mək üçün müt­ləq ma­şı­na mi­nir. İn­san­lar adi bir mar­ket­dən çö­rək al­ma­ğa ma­şın­la get­mək is­tə­yir­lər. Hə­rə­kət­siz­lik art­dıq­ca, söz­süz ki, xəs­tə­lik­lər də çox ar­tır. Qa­dın­lar pi­ya­da uzun mə­sa­fə­lər qət et­mə­sə­lər də, ev iş­lə­ri gö­rür­lər. Qa­dın­lar ev­də tə­miz­lik iş­lə­ri gö­rür, ye­mək bi­şi­rir, da­im hə­rə­kət­də olur­lar. Bun­la­rın ha­mı­sı öm­rə tə­sir edən fak­tor­lar­dır”.

Tib­bi eks­pert onu da vur­ğu­la­yıb ki, nəs­lin da­vam­çı­sı ki­mi çox vaxt ki­şi­lə­ri gö­tür­sək də, ge­ne­tik xəs­tə­lik­lə­rin da­şı­yı­cı­sı hə­mi­şə ana olur, xəs­tə­lə­nən­sə ki­şi, yə­ni dün­ya­ya gə­tir­dik­lə­ri oğ­lan­lar: “Bü­tün ge­ne­tik xəs­tə­lik­lə­rin ya­yıl­ma­sın­da əsas ro­lu ana oy­na­yır”.

Qeyd edək ki, Al­ma­ni­ya­da qa­dın­lar or­ta he­sab­la 81, ki­şi­lər­sə 75 ya­şı­na ki­mi ya­şa­yır. Ək­sər in­ki­şaf et­miş öl­kə­lə­rin sta­tis­ti­ka­sı ox­şar­dır. La­kin tib­bi xid­mə­ti zə­if in­ki­şaf et­miş öl­kə­lər­də qa­dın­lar və ki­şi­lər təx­mi­nən ey­ni yaş­da, nis­bə­tən ca­van ölür­lər. Ru­si­ya və Be­la­rus­da isə son 15 il­lər­də qa­dın­la­rın 65-69 ya­şı­na ki­mi, ki­şi­lə­rin­sə on­lar­dan 10 yaş az, 55-59 ya­şı­na ki­mi ya­şa­dı­ğı mə­lum olub. La­kin Ya­po­ni­ya­da yaş­lı in­san­lar çox­luq təş­kil edir və ki­şi­lə­rin də öm­rü qa­dın­lar ki­mi uzun olur.

Ay­nu­rə MƏM­MƏ­DO­VA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir