OPMEK

Böyüklərin əllərinin öpülməsi adəti barədə bilinməyən detallar

Baxış sayı: 2. 024

Biz millət olaraq əl öpmə mərasimlərindən heç xoşlanmırıq. Daha doğrusu, bizdə böyüklərin əllərinin öpülməsi adəti yoxdur. Biz bunu daha çox Türkiyə filmlərindən görməyə adət etmişik. Amma elə gün olmur ki, ya hansısa siyasi olayda, ya dini proseslərdə əl öpmə proseduru nümayiş etdirilməsin.

 

İTALYANLARIN BACİAMANOSU…

baciamano ile ilgili görsel sonucu

Bütün adətlərin bir tarixi var. Əl öpmə də Avropada 18 və 19-cu yüzilliklərdə çox geniş yayılan bir ritual olub. 20-ci əsrdə isə artıq öz populyarlığını itirməyə başlayıb. Konkret olaraq Cənubi Avropada əl öpülməsi tarixə çevrilib. Eyni vəziyyət ABŞ üçün də keçərlidir.
Bu ritualın kişinin qadının əlini öpməsi versiyası 17 və 18-ci əsr İspaniyasına qədər uzanır. Amma bundan daha öncə başqa bir ritual da olub: bir kişi digərinin nüfuzu, qüdrəti qarşısında baş əymək üçün onun üzüyünü öpürmüş. Günümüzdə katoliklər ziyarət zamanı Papanın əlini öpür. Amma kişilərin qadının əlini öpməsi günümüzün aktuallığında itib-batmaq üzrədir. Bunu daha çox mühafizəkar üst dairələr və diplomatlar davam edir. Məsələn, Fransanın keçmiş prezidenti Jak Şirak əl öpməyi adət halına çevirmişdi.

İlgili resim

İtaliyada hörmət əlaməti olaraq əl öpmə aksiyasına “baciamano” deyilir. Bu, Avstraliyada da davam etdirilir. Nəzakət məqsədli bu hərəkəti həyata keçirərkən çox diqqətli olmaq lazımdır. Neyçün ki, xoş bir davranış məqsədi güdərkən neqativ bir təsir yarada, hətta gülünc vəziyyətə düşə bilərsiniz. Məsələn, kişi qadının əlini öpərkən araya bəlli bir məsafə qoymalıdır. Onun əlini tutub, önə doğru əyilməli və sadəcə öpürmüş kimi etməlidir. Qadının əlini özünə doğru çəkmək və ya dodağını toxunduraraq öpmək isə kobudluq əlaməti sayılır.

baciamano ile ilgili görsel sonucu

AMERİKALILAR İSƏ ƏLİ YOX, ƏLİN ÜSTÜNDƏKİ ÜZÜYÜ ÖPÜRLƏR

Dediyimiz kimi, bu adət İtaliya kökənli olduğu üçün ona katolik dünyasında daha çox rast gəlinir. Katolik adətlərinə görə, Papa, yaxud onlardan daha alt səviyyədəki bir “yüksək rütbəli” din adamıyla bir araya gələn şəxslər din adamının əlindəki üzüyü öpürlər. Bu üzük öpmə aksiyasını bəzən də daha böyük bir hörmət ifadə etmək üçün sol dizin üstünə çökmə hərəkəti müşayiət edir. Bu arada onu da deyək ki, amerikalı din adamları “baciamano”dan heç xoşlanmırlar. Papanın rəsmi protokol qaydalarına görə, ziyarət zamanı katoliklərdən papanın sağ əlini tutub, bu əlindəki üzüyü öpmələri istənilir. Katolik olmayanlardan isə üzüyü öpmələri istənilmir. Bunun əvəzinə isə Papa ilə sağ əliylə görüşmələri tələb olunur.

 

İlgili resim

Əl öpmə aksiyası Balkan, Anadolu, Orta Şərq və Qafqaz coğrafyasında yaşlılara sayğı ifadə edir. Bu coğrafiyada yaşayan fərqli insanlar: istər müsəlman, istər xristian, istərsə başqa inanclardan olanlar yaşca özündən böyüklərə hörmət əlaməti olaraq bunu edirlər.

 

baciamano papa ile ilgili görsel sonucu

HANSI HALLARDA ƏL ÖPMƏK GÜNAHDIR?

Əl öpmənin müsəlmanlıqdakı yerinə isə İmam əl Nəvavinin əsərində belə toxunulur: “Böyük insanların və böyük alimlərin əlini öpmək lazımdır. Bundan başqalarının əlini öpmək isə doğru deyildir. Saqqalsız insanların əli öpülməməlidir. Əgər bir insan digərinin əlini onun vəzifəsi, imtiyazı, var-dövlətinə görə öpürsə, bu, günah sayılır. Amma əl öpməsi həmin insanın şəxsiyyət kimi böyüklüyünə heyranlıq ifadəsi olaraq gerçəkləşirsə, bu zaman məqbul sayılır”.

 

İlgili resim

Daha bir qaynaqda isə deyilir ki, qadının məhrəmi olmayan kişinin əlini öpməyi, kişinin də məhrəmi olmayan qadının əlini öpməyi haramdır. İnsana vəzifəsi, mal-dövləti, şöhrəti, ya da pulu üçün hörmət edib, əlini öpmək haramdır. Çünki hədisdə elə bu cür da yazılıb: “Kim bir varlıya malı üçün hörmət göstərirsə, dininin üçdə ikisi gedər”. (İbn Saleh, Fətva 18)”.

Keçək digər qaynağa: “Müsəlmanlar din qardaşlarının yanlarına gələndə hörmət olsun deyə ayağa qalxa bilərlər. Alimlərin də əlini öpmək mümkündür. Ancaq dünyalıq mənfəət əldə etmək üçün əl öpmək, boyun bükmək doğru deyil. Böyüklərin hüzurunda yerlərə qədər əyilmək və yeri öpmək haramdır”

 

ƏRİNƏ İTAƏT EDƏN QADIN ONUN ƏLİNİ ÖPƏRMİŞ…

Bu arada bir maraqlı nüans da bəzi Şərq ölkələrində yaşanır. Belə ki, həmin ölkələrdə qadınlar öz həyat yoldaşlarının da əllərini öpürlər. Bu zaman əl öpmək üçün qadına hər hansı səbəb də(bayram, özəl gün) lazım gəlmir. Bu, qadının öz ərinə itaət etməsinin bariz nümunələrindən biri kimi qəbul edilir. Bundan başqa, əl öpmə aksiyasında “əl sahibi”nin davranışları da mühüm detaldır. O, ya özü öpülməsi üçün əlini uzadır, ya da istəmədiyi halda əlini geri çəkir. Məsələn, müsəlman toplumlarında əl öpdürmə bəzən itaət, bəzənsə barışığın əlaməti kimi özünü göstərir. Bariz nümunə: qız ata-anasının razılığını almadan ailə qurubsa, valideynlər onu bağışlamamış əlini öpdürmürlər. Ya da mafiya dünyasında bu, bariz nümunədir. Daha böyük güc sahibi olan mafiya nümayəndəsi itaət əlaməti olaraq o birinin əlini öpür və bununla da aradakı soyuq savaş yekunlaşır.

 

kocasının elini öpen kadın ile ilgili görsel sonucu

İslamiyyətin ilk illərində müsəlmanların əl öpmələrinə aid saysız-hesabsız bilgilər var. Bir rəvayətə görə, Əli bin Əbu Talıb “atanın uşağının əlini öpməsi şəfqətdən, uşağın atasının əlini öpməsi ibadətdən, kişinin öz xanımının əlini öpməsi arzudan, bir insanın öz din qardaşının əlini öpməsi isə dindəndir” deyib. Səudiyyə Ərəbistanın yeni kralı Abdulla “Qardaşlarım, sizlərə bir şey söyləmək istəyirəm. Əl öpmək bizim dəyərlərimizə və əxlaqımıza uyğun davranış deyil. Müstəqil və dürüst insanlar tərəfindən qəbul edilməz bir davranış formasıdır. Ayrıca bu davranış Allahın buyruqlarını pozmaq deməkdir. Çünki bu, əl öpən insanın boyun əyməsinə yol açır. İnanclı biri Allahdan başqa kimsəyə boyun əymir. Və hər kəsdən bağlılıq əlaməti olaraq ana-atasının xaricində heç kimin əlini öpməməsini xahiş edirəm” deyib.

 

kılıçdaroğlu elini öp ile ilgili görsel sonucu

Siyasət dünyasında isə əl öpmə, öpdürmə aksiyası daha çox əzələ nümayişi xarakteri daşıyır. Buna xüsusən Türkiyə siyasətində rast gəlinir. Müxalifət və iqtidar liderləri arasında dartışmaların gərgin olması faktını nəzərə alaraq, hər dartışmada bu mövzu da gündəmə gəlir. Dəfələrlə CHP lideri Kamal Kılıcdaroğlu baş nazir Rəcəb Teyyub Ərdoğanın hansısa hərəkəti ilə bağlı tənqidi rəy verdikdən sonra “əgər onun bu qərarı düz çıxsa, özünü doğrultsa, gedib əllərindən öpəcəm” deyib. Eyni jesti Ərdoğan da dəfələrlə edib. O da rəqiblərinə “gəlib əlimi öpsünlər, dedikləri haqsız sözləri unudum” deyərək, bu qədim adətin siyasətə da damğa vurduğunu sübut edib.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir