sirniyyat

Şirniyyat istəyini azaltmaq üçün 9 üsul

Baxış sayı: 1. 464

Şirin nəsə istəyəndə yeyir, sonra da pəhrizinizi pozduğunuz üçün pis olursunuz? Narahat olmayın, bu problemi birlikdə həll edəcəyik.

Şirniyyat istəməyin səbəbləri nələrdir? Uzun müddət ac qalmaq, səhər yeməyi yeməmək, nahar və şam yeməklərini vaxtında yeməmək şirniyyat yemək istəyini artırır. Gün ərzində səhər, günorta və axşam yeməklərini 4 saat ara ilə yesəniz, şirniyyata qarşı təlabatınız azalacaq və bunu özünüz də hiss edəcəksiniz.

Darçınlı detoks suyu için: Gecə yatmazdan əvvəl 1 litr suya biraz darçın və 1 almanı dilimləyib atın, səhərə qədər elə qalsın. Gün ərzində bu detoks suyundan için. Beləcə şirniyyat istəyiniz azalacaq və bu su sizi arıqladacaq. Alma əvəzinə çiyələk, limon, nanə və portağal əlavə edə bilərsiniz.

Həssas anlarınızda ehtiyatlı olun: Əgər  kədərli, stresli günlərdə şirniyyata olan təlabatınız yüksək həddə çatırsa və özünüzü cilovlaya bilmirsinizsə, mütəxəssislərdən kömək ala bilərsiniz.

Heç bir yemək-içmək sizin probleminizi həll edə bilməz. Həyatınızda sizi incidən və sizin xoşbəxtliyinizin qarşısını alan problemi şirniyyat yeyərək yaddan çıxara bilməzsiniz. Şirniyyat sadəcə bir neçə dəqiqəlik problemlərdən uzaqlaşdıra bilər.

Meyvələr ilə dost olun: Ürəyiniz şirniyyat istəyəndə quru və ya təzə meyvə yeyə bilərsiniz. İşdəki və evdə mətbəxinizdəki şirniyyatlarınızı çıxardıb, atın. Əvəzinə quru və təzə meyvələr alın. Quru meyvələrdən qaysı, əncir, xurma və alça şirniyyatı əvəz edir.

Saqqız çeynəyin: Şəkərsiz, ancaq şirin dadı olan aromalı saqqızlar çeynəyərək şirniyyat ehtiyacınızı qarşılaya bilərsiniz. Elmi tədqiqatlar nəticəsində saqqız çeynəyənlərin yemək yeməyə qarşı istəklərinin azaldığı ortaya çıxıb.

Az miqdarda yeyin: Ürəyiniz şirniyyat istəyəndə az miqdarda şirniyyat yeyə bilərsiniz. Gündəlik 150 kaloridən çox yemək təhlükəlidir. Özünüzə söz verərək bir parça yeyə bilərsiniz.

Keyfiyyətli şirniyyatları seçin: Şirin və şokoladlı vaflilərin əvəzinə, kakaolu acı şokalad yeyin, xəmir yeməkləri əvəzinə, meyvəli və südlü şirniyyatlar seçin. Ən azından şirniyyat istəyinizə məğlub olanda həm də bədəniniz üçün lazım olan vitamin və mineralları qəbul etmiş olarsınız.

Başınızı qatın: Gün ərzində ürəyiniz ancaq şirniyyat istəyirsə, fikrinizi başqa işlərə cəmləyin. İmkanınız varsa, gəzməyə çıxın. Bu, ən təsiredici üsuldur. Kompyuterdə oyun oynayın, qəzet, kitab, jurnal oxuyun.

Şirniyyat ilə meyvələri qarışdırın: Şirniyyata görə aldığınız kaloriləri azaltmaq üçün şirniyyatları meyvələr ilə qarışdırmalısınız. Misal üçün şokalada batırılmış banan və ya çiyələyi yeyə bilərsiniz. Sadəcə şokolad yemək əvəzinə şokolada qoz, fındıq əlavə edin ki, həm şirniyyat ehtiyacınız tez zamanda bərpa olunsun, həm də az kalori alasınız. Şokoladı tək yeyəndə aclıq hissi daha tez baş qaldırır, ancaq meyvə və ya çərəzlər ilə qarışdırıb yeyərkən toxluq hissi yaranır.

Özünüzü mükafatlandırın: Şirniyyat istəyinizə həftə ərzində səbr etmisinizsə, həftənin sonunda özünüzü mükafatlandıra bilərsiniz. Amma yemək əvəzinə özünüzü başqa şeylərlə mükafatlandırın. Çox bəyəndiyiniz ayaqqabı və ya kitablarını sevərək oxuduğunuz şairin kitabını ala bilərsiniz. Əgər bu mükafatlar sizi qane etmirsə, 150 kaloridən çox olmayan şirniyyat yeyə bilərsiniz.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir