sac

Boyadan yanan saçlar üçün MASKAlar

Baxış sayı: 1. 587

Boyadan yanan saçlar zamanla canlılığını itirərək daha pis görünüş qazanır. “Gencaile.az” korlanmış saçların daha baxımlı görünməsi üçün maskalar təqdim edir.

 

Maska -1.

4 yemək qaşığı jojoba yağı

2 çay qaşığı bibəriyə yağı

1 çay qaşığı ətirşah çiçəyi yağı

 

Bunları qarışdırıb nəmli saçlarınıza masaj edərək tətbiq edin. 15 dəqiqə saxlayıb şampunla yuyun.

 

Maska – 2.

1 ədəd yumurta

2 çay qaşığı ərik yağı

5 yemək qaşığı Hindistan qozu yağı

 

İlk əvvəl yumurtanı yaxşıca çırpın, sonra qalan ərzaqları içinə qatın. Uclarına daha çox vuraraq bütün saçınıza yeridin. 20 dəqiqə saxladıqdan sonra saçınızı şampunla yuyun.

 

Maska – 3.

1 ədəd banan

1 yemək qaşığı bal

 

Püre halına gələn bananın içinə bal əlavə edin. 20 dəqiqə saxladıqdan sonra saçlarınızı ilıq su ilə durulayın və şampunla yuyun.

 

Maskaları həftədə 2-3 dəfə edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir