HOVUZ

Üzgüçülük kursuna getmək istəyənlərə QIZIL MƏSLƏHƏTLƏR

Baxış sayı: 2. 429

Bu günlərdə çox adam hovuzların xidmətindən istifadə edir. Yay fəslində sərinləmək və əylənmək üçün hovuzların rolu danılmazdır. Hovuzların təmizliyi və gigiyenası isə diqqət edilməsi lazım olan ən vacib məqamlardan biridir.
Mütəxəssislərə görə, təmizliyi aparılmayan və sistemli olaraq xlorlanmayan hovuzlar hepatit növlərindən tutmuş, ishala, genital xəstəliklərə, infeksiyalara qədər bir çox problemlərə gətirə bilər. Musavat.com xəbər verir ki, hovuz səfası edən insanların diqqət etməli olduğu məqamlar aşağıdakılardır:
1. Bədəninizdə üstü açıq bir yara varsa, hovuza girməyi bir müddət təxirə salmanız vacibdir. Hovuz suyundakı mümkün mikroblar açıq yaranızın iltihablanmasına sbəb ola bilər. Bu səbəbdən də yaranız sağalana qədər hovuzdan uzaq durmalısınız.

2. Hovuza mütləq dəniz eynəkləri taxaraq girin. Bu eynək sayəsində xlordan gözlərinizin yanmasının və qıcıqlanmasının qarşısını ala bilər, onları mümkün mikroblardan qoruya bilərsiniz.

3. Girdiyiniz hovuzun xlor miqdarı haqqında məlumat ala bilərsiniz. Xlor miqdarının milyonda 1 və 3 arası olması ən ideal səviyyə olaraq bilinir. Bununla paralel olaraq sudakı PH səviyyəsinin də 7.1 ilə 7.8 arasında olması göz və dəri sağlamlığı baxımdan önəm daşıyır.

4. Hovuza girmədən öncə və çıxdıqdan dərhal sonra duşa girmək infeksiyaya yoluxma riskini minimuma endirir.

5. Hovuzda üzmədən ancaq sərinləmək istəyənlər də Günəş eynəyi taxmalıdırlar. Hovuz içində uzun saatlar keçirənlərin Günəş eynəyi taxaraq göz sağlamlıqlarını qorumaları vacibdir.

6. Hovuza ayaq basmadan öncə ayaqları su dolu bir sahəyə salaraq təmiz qalması üçün önəm daşıyır.

7. Hovuzdan çıxandan sonra yaş çimərlik paltarını qurusu ilə dəyişdirmək də infeksiyaya yoluxmanın qarşısını önəmli dərəcədə alır.

8. Hovuzdan çıxandan sonra çimərlik paltarlarını sabunlu su ilə yumaq onların təmizliyi və mikroblardan qorunmaq baxımından çox vacibdir.

9. Hovuzun təmizliyinin sistemli bir şəkildə edilib-edilmədiyini öyrənərək hovuz seçiminizi edə bilərsiniz. Hovuz kənarındakı lövhələrə baxaraq və ya səlahiyyətli nümayəndələrlə əlaqəyə girərək hovuz təmizliyi və qaydalar barədə məlumat almaq da faydalıdır.

10. Uşaqların hovuza tualetlərini etməmələrinə və su udmamalarına diqqət edilməlidir. Valideynlərin bu məsələdə diqqətli olması hovuzun təmizliyinə müsbət mənada təsir edir.

Əsas məsələ hovuzun təmizliyidir – gözlə görmək mümkün

Bakıda üzgüçülük kursları çox, tariflər və şərtlər isə fərqlidir. Valideynlər hazırda ən təmiz və qiymətinə görə münasib olan hovuzların axtarışındadır. Məlum məsələdir ki, valideynlər əsasən uşaqlarının sağlamlığına, səhhətindəki hansısa problemlərə görə, həkim təyinatı ilə bu kurslara göndərilir.
Amma bir çox hallarda hovuzlardakı hansısa problem, antigigiyena məsələsi səhhətə birbaşa təsir edir. Ümumilikdə isə üzgüçülük hovuzları qapalı hövzə olduğundan orada xüsusi qurğuların quraşdırılması vacibdir. Çünki hovuz suyunun dövriyyəsi mikrobların yığılmasının qarşısını alır. Həm də suda qoxunun əmələ gəlməsini əngəlləyir.

Ümumilikdə isə hovuzun nə dərəcədə təmiz olub-olmadığını müəyyənləşdirmənin adi üsulları var. Suyun rənginin bulanıqlığı, hər hansı qoxu, yaxud dibində çoküntünün olması hovuzun təmizlənməsi vaxtının gəldiyindən xəbər verir. Bundan başqa, hovuzdan istifadə edən hər kəsin sağlamlığı haqqında arayışı olmalıdır. Sağlamlıq kağızında əsasən göbələk xəstəlikləri və bağırsaq qurdlarının olmaması göstərilməlidir.

Bundan başqa, qadın və kişilərin müxtəlif günlərdə belə olsa, eyni hovuza girmələri həkimlər tərəfindən düzgün hesab edilmir. Dəri xəstəliyinə yoluxmamaq üçün dərisində kiçik də olsa yarası, kəsiyi olanın hovuza girməməsi məsləhətdir. Çünki mikroblar açıq yaralara daha çox təmas edir. Bundan başqa, hovuza xüsusi üzgüçülük papaqları ilə daxil olunması baş dərisini də qoruyur. Suyun tərkibindəki kimyəvi dərmanlar saçın tökülməsinə də yol aça bilər.

Üzürsənsə, orqanizmində bunlar baş verir

Ümumilikdə isə üzmək təkcə ürək döyüntümüzü nizamlamaz, yaş ötdükcə orqanizmimizin zəifləməsi zamanı yarana biləcək xəstəlikləri, ürək infarktı riskini azaldır. Qaçış zamanı ayaqlarımıza, oynaq və sümüklərimizə zərər verə bilərik. Üzmə isə əksinə, su ilə sərt rəftar zamanı belə bizə o qədər ziyan verməz. Hətta yaralanmalar, ayaq burxulması zamanı üzmə reabilitasiya kimi məsləhət görülür. Üzgüçülük bütün bədəni çalışdıran bir idman növüdür. Vücudun hər bölgəsinin kalori itirməsinə səbəb olur. Eyni zamanda boyun, çiyin, qol və ayaq elastikliyini təmin edir. Əgər əhval-ruhiyyəniz yerində deyilsə, hovuza girsəniz üzmək əhvalınızı qaldırar.

Depressiv və əsəbi halda belə üzməyin böyük köməyi olur. Hamiləlik zamanı da əks göstəriş yoxdusa, üzmək faydalıdır. Üzmək uzunömürlü olmağa kömək edər. 32 yaşında olan 40 min insan üzərində aparılan araşdırmalar zamanı yürüş edənlər və hərəkətsiz qalanlardan daha çox, üzgüçülüklə məşgul olanların daha uzun yaşadığını isbat edib.

Üzmə ağciyər funksiyalarının inkişafına kömək edər, əgər oynaqlarında problemi olan insanlar üzmə məşqləri edərlərsə, ağrı nəinki azalar, hətta aradan belə qalxar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir