uzguculuk

Varikoz damarlar və üzgüçülük

Baxış sayı: 430

Niyə bir çox fleboloq həkimlər üzgüçülük idman növünü aşağı ətraf varikoz genişlənmiş damarları üçün məsləhət görürlər?

Çünki üzgüçülük zamanı bütün əzələ qrupları fəaliyyət göstərir və ayaqların əzələləri xüsusilə aktiv vəziyyətdə olur. Bu fəaliyyət qanın yaxşı dövr etməsinə imkan verir, yəni varikoz genişlənmiş damarlarının simptomları azalır. Varikoz xəstəliyində tez-tez gündüz vaxtı ağrı və şişkinliklə ortaya çıxır.

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bildirir ki, üzgüçülük zamanı dəri masaj olunur. Bu, suyun yumşaq şəkildə dəri səthinə təsiridir. Bu masaj etməklə bağlıdır. Suyun masaj hərəkətləri də ayaqların qan dövranını yaxşılaşdırır.

Nermine Abbasova

Mütəxəssis həçminin deyir ki, üzgüçülük bədəni təmizləyir. Bədənin təmizlənməsi çox mühüm bir prosesdir. Hər hansı bir gərginlik və ya risk faktorlarının təsiri altında şəxs xəstəliyin inkişafına daha az həssas olur.

Bədəndə çəki azalda bilər. Həddindən artıq çəki aşağı ətraf varikoz genişlənmiş damarları üçün aparıcı risk faktorlarından biri hesab edilir.

 

Yuxarıda qeyd olunanlara nəzərən üzgüçülük idman növü varikoz genişlənmiş damarlara rast gəlinən insanlar üçün ən yaxşı seçimdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir