musiqi

Uşaqların musiqi təhsili alması gələcək həyatlarına necə təsir edir?

Baxış sayı: 1. 645

Musiqi məktəbi uşaqlarınızda onlara ömür boyu lazım olacaq xüsusi keyfiyyətlərin formalaşmasında müstəsna rol oynaya biləcək müəssisədir. Uşağınızın musiqi duyumu olmasa və ən sadə melodiyanı belə zümzümə edərkən falş səslənsə də, onu musiqi məktəbinə aparıb gətirməyə heç kəsin vaxtı olmasa da, eviniz piano qoymağa yer tapılmasa da, uşağınızın xarici dil, balet, üzgüçülük kurslarından başqa məşğuliyyətə vaxtı qalmasa da bunu etməyə çalışmalısınız… Çünki musiqi təhsili almaq üçün kifayət qədər samballı səbəblər var və bunlardan bütün müasir valideynlər xəbərdar olmalıdırlar:

 

Bir alətdə ifa etmək – bu, adət-ənənəni davam etdirmək deməkdir.

Bütün rus və avropalı aristokratlar musiqi təhsili alıblar. İfa etmək – bu, əzəmətli və şıkdır, dünyəvi maneraların apofeozudur.

 

Musiqi ilə məşğul olmaq iradəli və nizam-intizamlı olmağa təsir edir; Mütəmadi və fasiləsiz məşq etmək lazımdır – qışda da, yayda da, həftə içi və bayramlarda da. Bu, demək olar ki, çempionların məşq zalında və rinqdə etdiyi məşq qədər əzm gərəkdirir. İdman qəhrəmanlarından fərqli olaraq isə royalda ifa edərkən, boynu, ayağı, hətta əlləri də sındırmaq mümkün deyil.  Musiqi – xarakteri travma riski olmadan tərbiyə etmək deməkdir.

 

Musiqi ilə məşğul olan uşağın riyazi bacarığı da inkişaf edir. O, lazımı notlara basmaq üçün sahəvi düşünməyə başlayır, notları yadda saxlamaqla abstrakt səsləri idarə edir və bilir ki, riyazi isbatda olduğu kimi, musiqi parçasında əskik və artıq ola bilməz! Təsadüfi deyil ki, Albert Einstein skripkada ifa edirdi, Oksford universitetinin fizika və riyaziyyat üzrə professorları isə, universitetin musiqi klubunun 70%-ni təşkil edirlər.

 

Musiqi və dil – əkiz qardaşdırlar.Onlar bir-birinin ardıyca doğulublar: ilk öncə, böyük qardaş – musiqi; daha sonra isə şifahi nitq. Beynimizdə də onlar yanaşı yaşamağa davam edirlər. İfadə və cümlələr, vergül və noqtələr, sual və nidalar – bunların hamısı musiqidə də var, nitqdə də. Musiqiçilər yaxşı danışır və oxuyur, xarici dildə olan sözləri daha tez yadda saxlayır, qrammatikanı tez öyrənirlər. Musiqi həvəskarları və ədəbiyyatçılar – Tuqanev və Stendal, Pasternak və Tolstoy, Russo və Rollan – hansı ki, birdən artıq xarici dil bilirlər, gələcəyin poliqlotlarına musiqi ilə məşğul olmağı tövsiyyə edirlər.

 

Musiqi sxematik və iyerarxikdir: böyük əsərlər nisbətən kiçik hissələrə, həmin hissələr isə öz növbəsində, xırda fraza və motivlərdən ibarət kiçik mövzu və fraqmentlərə bölünürlər. Psixoloqlar sübut ediblər ki, məşhur musiqiçi Şiniçi Suzukinin musiqi duyumu və yaddaşı hələ inkişaf etməmiş olan şagirdləri belə, sxematik düşünməkdə öz həmyaşıdlarını ötüblər. Musiqi kompüter elmləri sahəsində də zirvəyə aparır. Bu da təsadüfi deyildir ki, Microsoft şirkəti musiqi təhsilli şəxslərlə əməkdaşlıq etməyə üstünlük verir.

 

Musiqi ilə məşğul olmaq ünsiyyət qabiliyyətini inkişaf etdirir, müasir adı ilə desək, komunikativ bacarığı bəsləyir.

Musiqi təhsili alarkən uşaq, cəsur və dostcanlı Motsart, müdrik və musiqi filosofu Bax və digər müxtəlif musiqi personajları ilə tanış olur. İfa edərkən isə onlara yenidən həyat vermək və onların xarakterini, hissiyyatını, səsini, jestlərini publikaya çatdırmaq lazım gəlir. İndi artıq biznesmen olmaq üçün ən vacib istedada – insanlar ilə dil tapmağa bir addım qalır.

 

Musiqiçilər ürəyiyumşaq və eyni zamanda cəsur olur.

 Psixoloqlarin də təsdiq etdiyi kimi, kişi musiqiçilər qadın həssaslığı, qadın musiqiçilər isə kişi cəsurluğuna malikdirlər. Musiqi baxış bucağını yumşaldır, lakin bu, ancaq cəsurlara nəsib olur.

 

Musiqi ilə məşğul olmaq “komandaya qoşulmağı” öyrədir.

Musiqiçilər “deadline” – işi tamamlamaq üçün son gün anlayışından daha az qorxurlar. Musiqi məktəbində qamma sınağını və ya konserti sabaha, gələn həftəyə keçirtmək anlayışı yoxdur. Musiqiçinin səhnədəki vəziyyəti əvvəlcədən “sifariş”-ə hazır olmağa alışdırır, buna görə də, bu təcrübəni keçmiş uşaq imtahandan kəsilmir, işə qəbul olmaq üçün müsahibədən yaxşı keçir, məsuliyyətli hesabatı vaxtında hazırlayır. Uşaqlıqda musiqi ilə məşğul olmaq, gələcək üçün çıxar və həyati incəsənət deməkdir.

 

Musiqi bir neçə işi eyni anda də bilən kiçik “sezar”lar yetişdirir. 

Musiqi ilə məşğul olmaq, eyni anda baş verən proseslərə orientasiya olmağa kömək edir: vərəqdən notları oxuyan pianist, həmin anda bir neçə iş görür – keçmişi yadda saxlayır, gələcəyə baxır və indini idarə etməyə çalışır. Musiqi öz tempimdə davam edir və vərəqdən oxuyan ifaçı onu kəsə, fasilə verə, nəfəsini dərə bilməz. Musiqi bir neçə istiqamətdə düşünməyə və yaşamağa vərdiş etdirir. Musiqiçi uşağa həyat yolunda bir neçə yönə getmək və hər birində birinci olmaq daha rahat olur.

 

Musiqi həyatda uğur qazandıran ən yaxşı yoldur. 

Niyə? 1-dən 9-adək yazılmış punktlara baxın. Görkəmli şəxslərin bir çoxunun musiqi keçmişi olduğuna təəccüblənməmək lazımdır. İstənilən sahədə uğurlu şəxslərə nəzər yetirin və onlardan uşaqlıqda musiqi ilə məşğul olub olmadıqlarını soruşun, hətta bu məşğuliyyət az çəkmiş və həvəssiz də olmuş olsa. Əlbəttə, məşğul olublar. Beləliklə, artıq sizi ilhamlandıran 10 səbəb var.

 

+BONUS

Əminliklə deyə bilərik ki, bir çoxunuz belə halla rastlaşmısınız ki, yetişkin yaşda olan biri musiqiyə çox həvəslidir, lakin uşaqlıqda heç bir musiqi məşğuliyyəti olmayıb. Onlar başqa sahədə uğur qazanmış olsalar belə, daima hansısa musiqi alətində ifa etmək, ümumiyyətlə, musiqi dünyasının içində olmaq arzusunda olurlar. Uşağınıza musiqi təhsili verməklə, siz ona bu seçimi vermiş olursunuz. Böyüdükdən sonra o, özünü bu sahəyə uyğun hesab etsə, musiqi təhsilini davam etdirə bilər. Əks halda, davam etdirməyib, hətta həvəsdən düşmüş olsa belə, ən azından, abzasın əvvəlində bəhs etdiyimiz kimi, “kaş ki” ilə yaşamayacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir