qadin

Xanımların diqqətinə! Bronz makiyajı belə edirlər – SİRRİ

Baxış sayı: 1. 691

Xüsusən yay aylarında hər birimizin istədiyi sağlam işıltını bronz dəri bəxş edir. Təbii yolla bronzlaşmaq istəmirsinizsə, bronz makiyajla müvəqqəti olaraq həmin parlaqlığı qazana bilərsiniz.

Adriana Lima, Ceniffer Lopez, Qisele Bünxen kimi məşhur simaların işıltılı dərilərinə həsəd aparmaqdansa, sirrini öyrənin. Ehtiyacınız olan tək şey doğru bir bronz makiyajdır. Aile.lent.az bronz makiyajın sirrini təqdim edir.

İlk olaraq düzgün bronz kremi seçin. Dərinizə təbii istilik qatmaq və təbii bir dəri görünüşü əldə etmək üçün bronzlaşdırıcı kremin normal cild dərisindən bir, ya iki ton daha tünd olmasına diqqət edin.

makiyaj

Kremi üzünüzə geniş və təmiz makiyaj fırçası ilə sürtün və fırça ilə kremin artıqlarını yayın. Sonra kremi yenidən burun sümüyü, alın və çənəyə sürtün.

Nude və çəhrayı ton dodaq boyaları bronz makiyajı tamamlamaq üçün ideal sayılır.

Baxışlar üçün isə göz çərçivənizi qara göz qələmi ilə əhatəyə alın və göz fırçası ilə karandaşı yayın. İkiqat tuj da vursanız, bronz makiyajınız tam hazır olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir