Tarixdə ən mərhəmətsiz qatillər kimi tanınan, fərqli üsullarla cinayət törədən insanları birləşdirən bir cəhət var- məktublar. Elə məktublar da cinayətin niyə törədildiyi məsələsinə aydınlıq gətirmiş oldu.
Birinci məktub
11 oktyabr 1969-cu ilin gecəsi, San-Fransiskoda taksi sürücüsü Paul Stain 9 mm kalibrlı silahla maşının içindəcə vuruldu. O an evlərinin pəncərəsindən baxan üç uşaq hadisəni gördü və qatil hələ hadisə yerindən uzaqlaşmamış polisə zəng etdilər. Polisin rabitə qurğusundan elan verməsi qatilin hadisə yerindən qaçmasına səbəb oldu. Hadisədən üç gün sonra, “Chronicle” adlı qəzetə, Stainin köynəyindən cırılan parça ilə birlikdə göndərilmiş şifrəli məktub gəldi. Qatil, məktubda cinayəti özünün törətdiyini və davam edəcəyini söyləyirdi. İmzası: Zodiak idi. Məktubda: “Cinayətin ən yaxşı tərəfi budur ki, öldüyümdə cənnətdə yenidən doğulacağam və qurbanlarım mənim oradakı qullarım olacaqlar. Sizə adımı deməyəcəm, çünki adımı bilsəniz o biri dünya üçün kölə toplamaq işimi yavaşlaya, ya da məni dayandırmağa cəhd edəcəksiniz. İnsanları ən təhlükəli heyvan olduğu üçün öldürürəm. İnsanları öldürməyi insanın ən təhlükəli heyvan olduğu üçün sevirəm. Bu ov meşədəki vəhşi heyvan ovundan daha əyləncəli və bir qadınla yataqda olmaqdan daha həyəcan verici ləzzətdir. ” yazılmışdı.
1968-ci ilin dekabrından və 1969-cu ilin oktyabrına qədər Kaliforniya və San-Fransiskoda, yaşları 16 və 29 arası dörd kişi və üç qadını öldürüldü. Qəzetlərə kriptoqrafik məktublar gəldi və aydın oldu ki, eyni adam 37 qətl törədib və onun kimliyini müəyyən etmək mümkün olmayıb. Bilinən bircə imza idi –Zodiak.
İkinci məktub.
Bu qandonduran cinayətdən təxminən on il sonra, 1970-ci illərin sonlarında, cinayət tarixinin ən təsirli məktubu “Samın Oğlu” ləqəbi ilə tanınan, ruhi xəstə poçt məmuru David Berkovitz yazmışdı:
“Mən Samın oğluyam, balaca bir uşağam. Sam ata sərxoş olduğu zaman mərhəmətsiz olur, ailəsini döyür. Məni bəzən evin arxasına bağlayır, bəzən qarajda kilidləyir. Sam ata qan içməyi çox sevir, “Get və öldür!”- deyə əmr verir. Bəziləriniz indi evin arxasında dincəlirsiniz. Bir çox gənc təcavüz edilib öldürülüb, qanları belə quruyub və yalnız sümükləri qalıb. Özümü bu mühitə çox yad hiss edirəm. Öldürmək üçün yaranmışam, amma onları incitmək istəmədim, yalnız öldürmək istədim”.
Nyu-Yorkun əyləncə aləminin ən qaynar illəri idi. İnsanlar evlərində dikdaban ayaqqabılar, gen paltarlar geyinir, kiçik aynalardan düzəlmiş tavandan asılan kürəyə baxaraq, gecələrin dadını çıxarırdılar. Əlində 44 mm kalibrlı tapança olan bir şəxs küçələrdə gəzib insanları öldürməyə başlayanda əyləncə havası dəyişdi. Əməlinə görə bu şəxsə “44 kalibrlı qatil” adını verdilər. Cinayətin törədildiyi bir məkanda, polis məktub tapdı.
On üç ay ərzində polis qatillə bağlı hər hansı bir dəlil tapa bilmədi. Qatilin tapılması 35 dollarlıq dayanacaq cəzası sayəsində reallaşdı. Cinayət vaxtı şahidlərdən biri hadisə yerindən uzaqlaşan maşını görmüşdü. Bu maşının dayanacaq cəriməsi var imiş. Qeydiyyat sənədlərindən qatilin Yonkersdə yaşayan poçt işçisi David Berkovitz olduğu məlum oldu. Beləliklə, “Samın oğlu” 1977-ci ildə həbs olundu və səkkiz cinayətə görə ömürlük həbs cəzasına məhkum olundu.
1999-cu ildə Spayk Linin rejissorluğu ilə David Berkovitzin əməllərindən bəhs edən “Summer of Sam” (“Samın Yayı”) adlı film çəkildi.
Üçüncü məktub
“Unabomber” ləqəbli ruhi xəstə olan qatilin ədəbi əsər kimi tanınan “Sənaye Cəmiyyəti və Onun Gələcəyi” (“Industrial Society and its Future”) adlı məşhur məktubundan da qısaca məlumat verək.
ABŞ-lı riyaziyyatçı, anarxist nəzəriyyəçi və fəalı Tyudor Con Kaçinski Harvard Universitetinin məzunu olduqdan sonra Berkeley Universitetində o dövrə qədər ən gənc müəllim kimi işə başladı. Kaçinski sənayenin, inkişafın yaşam tərzini getdikcə sıxışdırdığını və ətrafındakı təbiətin davamlı olaraq çirkləndirərək məhv edildiyini yazırdı. Məhz buna görə əvvəl kiçik təxribat hərəkətlərinə, daha sonra isə qərarlı və planlı bombalı hücumlar etməyə qərara gəldiyini qeyd edirdi
1978-ci ildən 1995-ci ilə qədər 16 evi partladan, üç adamın ölümünə və iki insanın yaralanmasına səbəb olan professor, öz istehsalı olan bombaları universitetlərin mühəndislik, kompüter, kimya, genetika kimi bölmələrinə, hava yolları və digər yüksək texnologiya ilə çalışan şirkətlərin müdirlərinə kitab və ya kaset şəklində paketləyib, üzərinə də: “Sizin mövqeyinizdə olan birinin mütləq oxuması lazım olan əsər”- deyə qeydlər apararaq, göndərirdi.
1995-ci ildə 37 min sözlük manifestini dəyişdirmədən, olduğu kimi nəşri qarşılığında, bombalamadan imtina edəcəyinə söz vermiş və onun manifesti “New York Times”da nəşr olundu. Yazıda texnologiyaya qarşı aqresiyyadan qardaşı müəllifin kim olduğunu müəyyən edir və polisə deyir. Kaçinski, Montana dağlarında tək yaşadığı-elektrik daxil heç bir şəraitin olmadığı evində tutulmuş, mübahisəli məhkəmə prosesinin sonunda ömürlük həbs cəzasına məhkum edilmişdir.