kosmetik

Qeyri-adi kosmetik məhsullar

Baxış sayı: 1. 185

Nəcis qoxusuna son – Yaponlar tərəfindən hazırlanan bu maraqlı həblər gigiyenik məqsədlə yaradılıb. Bu həblər 3 gündən sonra nəcis qoxusunun yox olmasına zəmanət verir. İlk 6 ayda 600 min satılmışdı. Təəccüblüdür, elə deyilmi?

Saç jelesi – Qorilla burun seliyinin heç nəyə lazım olmadığını düşünürsünüzsə, yanılırsınız. Çünki ilk dəfə eşitdiyimiz zaman ürək bulandıran bu məhsul Meksikada saç jelesi kimi istifadə edilir. 8 dollara satılan bu məhsulu istifadə etdikdən sonra saçlarınızın qorilla kimi sərt və vəhşi görünə bilər.

Sinə kremi – Sinənin daha parlaq, təravətli görünməsi üçün istehsal edilib. Krem dərini canlandırır və qara nöqtələrin yox olmasını təmin edir. Üstəlik uzun müddətli istifadədən sonra kəssəniz, dəriniz daha parlaq qalmağa davam edəcək. Böyük avantaj…

Quş nəcisi ilə dəri qulluğu – Bülbül nəcisindəki “guanim” fermentinin bir çox üz kreminin tərkibindədə olduğunu bilirdinimiz? Bu maddə sayəsində dəri daha parlaq və baxımlı görünəcək.

Pendir qoxulu pomada – Mərkəzi New Yorkda bir firma tərəfindən istehsal edilənbu dodaq boyası eyni ilə pendir kimi qoxur. Siz də təcrübədən keçirmək istəyirsiniz?

Genital krem – Qadınların mütəmadi olaraq mübarizə aparmalı olduğu məqamlardan biri də xoşagəlməz tüklərdir. Bu krem də genital bölgədəki tüklərdən xilas olmaq məqsədilə hazırlanıb.

Dırnaq üçün günəşqoruyucu – Günəşin mənfi şüalarından qorunmaq üçün günəş eynəkləri və kremləri mövcuddur. Bəs niyə eyni hal dırnaqlarda da olmasın. Bu məhsul dırnaqlara boya kimi çəkilir və onlar da günəşdən qoruyur.

Buğa spermi ilə saç kremi – İnansanız da, inanmasanız da, İngiltərədə son zamanlarda gözəllik salonlarında saçları möhkəmləndirmək məqsidlə buğa seprmindən istifadə edilir və dəb halını alıb. Bu məhsul buğa spermi və katera adlı bitkinin kökünün qarışığından meydana gəlir. Qidalandırıcı və gücləndirici saç kreminə ustalar öz aralarında “saç viaqrası deyilir”. Qiyməti isə 100 dollardır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir