xiyar

Xiyar turşusunun asan HAZIRLANMA QAYDASI

Baxış sayı: 3. 711

Xiyar turşusu asan şəkildə necə hazırlanır? Hazırlanarkən nələrə diqqət etmək lazımdır? “Gencaile.az” evdə hazırlayacağınız xiyar turşusunun asan reseptini verir.

 

Lazım olanlar:

1 balonu dolduracaq qədər xiyar

10 stəkan su

300 qr üzüm sirkəsi

150 qr iri dənəli duz

 

Hazırlanması:

Xiyar turşusu hazırlayarkən əsas diqqət edəcəyiniz şey xiyarın ölçüsüdür. Turşu üçün kiçik xiyarlar almaq lazımdı. İçi çəyirdəkli və iri xiyarlardan istifadə etmək olmaz. Bundan əlavə süfrə duzu istifadə etsəniz, çox duzlu olacağından daş duzdan istifadə etmək daha məqsədə uyğundur.

Əvvəlcə xiyarların saplağını kəsin və onun üzərində bıçaqla kiçik dəliklər açın. Bununla xiyarlar turşu suyunu daha asan əmərək, tez hazır olacaqlar. Deşdiyiniz xiyarları balonun içinə qoyun. Aralarına daha ləzzətli olması üçün noxud, nanə yarpaqları və sarımsaq da qoymaq olar. Həmçinin bir-iki limon dilimi də əlavə etmək lazımdır.

Turşu suyunu hazırlamaq üçün böyük bir kasaya və ya ləyənə su tökün. Üzərinə üzüm sirkəsi tökərək yaxşıca qarışdırın. Bundan sonra həmin suyu balona tökün. Ardından bir dəstə cəfərinin saplarını təmizləmədən balonun ağzına qoyun. Cəfəri balonun içindəki ərzaqların üstə çıxmasını və turşunun xarab olmasını əngəlləyərək, gözəl dad qatacaq.

Balonu işıq tutmayan sərin yerdə təxminən bir ay saxlayın. Artıq turşunuz hazırdır.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir