kisi-qadin

Kişinin yalan danışdığının 4 əlaməti

Baxış sayı: 1. 430

Sevgilinizin və ya həyat yoldaşınızın yalan danışıb-danışmadığını bilmək istəyirsiniz? Bunun üçün dahi olmağa ehtiyac yoxdur. Bədən dili mütəxəssisi Cenin Drayver yalan danışan kişinin 4 əlamətini açıqlayıb. Sadəcə aşağıdakı nüanslara diqqət edin və reallıqla üzləşin.

 

Hadisəni nəql edə bilmir

İnsanlar bir hadisədən bəhs edərkən əvvəldən başlayıb sona doğru gedirlər. Ancaq əgər yalan danışırıqsa, beyin bu ardıcıllığa əməl edə bilmir. Özündən yalanlar uyduran bir kişi axşam saatlarında harada olduğunu izah edərkən qarmaqarışıq danışacaq.

 

“3” rəqəminə diqqət

Niyəsə yalançılar bu ədədi çox sevirlər.

Yalan danışarkən adətən bu rəqəmdən istifadə edirlər. Məsələn, sizə günorta yeməyində 3 dostuyla görüşdüyünü və ya 3 qədəh içki içdiyini deyirsə, şübhələnməyə başlayın.

 

“Amma…”

Bu bağlayıcıya xüsusilə diqqət yetirin. Qarşınızdakı şəxs “Bilirəm, mənə inanmayacaqsan, amma…” deyə cümlələr qurursa, deməli torbada pişik var.

 

Dostunu şahid göstərir

Yalanının inandırıcı olmadığını başa düşəndə dostlarının adını çəkib onların şahid olduğunu deyir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir