Facebook

“Facebook”un dilimizə gətirdiyi yeniliklər – MARAQLI

Baxış sayı: 1. 472

Sosial şəbəkə elə fenomenal yerdir ki, burda kimin və ya nəyin məşhur olacağını əvvəlcədən proqnozlaşdırmaq çətindir. Bəzən elə kiçik detal, elə bir lazımsız şəkil, boş bir söz dillərə düşüb yayılır ki, sadəcə, heyrət edirsən. İlk baxışdan əhəmiyyətsiz görünən belə söz və ifadələr son illər bizim virtual məkanda da geniş yayılıb, zərb-məsələ çevriliblər.

Onlardan bəzilərini bunlardır:

 

Hacı başqadu, sən bilməzsən, Yavər – Həci adlı cavan oğlan əmisi oğlu Yavərə Hacı olmağın məziyyətləri barədə “WhatsApp”da səs yazısı göndərir. Yavər başına döndüyüm də əmisi oğlunun zarafatını o qədər bəyənir ki, hamıya yayır, beləcə, “Hacı başqadu” deyimi yaranır.

 

Həyatı vurdun bir-birinə, kimi tapdun sən – Bu qısa videoya vayn da demək olar: İçki məclisində orta yaşlı bir nəfər nəsə danışır, ancaq bilinmir, sağlıq deyir, yoxsa qəzəl. Bu zaman məclisdəkilərdən biri ona etiraz olaraq yüngülcə toxunur, sağlıq deyənin qədəhi üstünə dağılır… İçki məclislərində belə çərənçilərdən az görməmişik.

 

İki kəlmə söz deyirsən, sora soxub gedirsən – Polis bölməsi. Dostunu bıçaqlayan, tipik quşbaz qaqaş. Jurnalist israr edir ki, törətdiyi cinayəti bir daha danışsın. Eyni şeyi dəfələrlə danışmaqdan bezən oğlan da jurnalistə acıqlanır: bu axırıncısıdır! Sonra başlayır danışmağa. İmkanı olsa, jurnalisti də bıçaqlayar. Deyilənə görə, həmin qaqaş həbsxanada dünyasını dəyişib. Kədərlidir.

 

Diqqətli ol, hörmətli ol – Bu ifadə də göründüyü qədər gülməli deyil: Avtobusu istədiyi yerdə saxlamadığı üçün şoferə silah çəkən sərnişin etiraz edənlərə eynən bu cür deyirmiş.

 

Nabrandayam qaqa, üzürəm – Bu da məşhur skrinlərdəndir. Nabranda dincələn cavan bir oğlan dostuna şəklini göndəribmiş, sosial şəbəkədə yayıldı, oğlan yox, işlətdiyi ifadə fenomen oldu.

 

Yenə də özün bilərsən – Bunu, adətən, “krutoy” qaqaşlar işlədirlər: “Qaqa, qız məsləhətdi deyil, ancaq yenə də özün bilərsən”. Elə bil insan haqqında deyil, bazarda kartof haqqında danışır.

 

Gördün Amerikanın hərəkətini?! – Yetim Eyvazın şeirlərindəndir. Rəhmətlik elə deyir, elə bil böyük bir dövlətdən yox, məhləuşağından danışır.

 

Ə, bir-bir – Keçmiş metropoliten rəhbəri Tağı Əhmədovun jurnalistlərlə heç arası yox idi. Bu sözü də tədbirlərin birində başına topalaşan jurnalistlərə demişdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir