YOLKA

Dünyanın ən yaxşı 10 yeni il yarmarkası

Baxış sayı: 1. 473

London əsas parkı olan – Hyde Parkda – ənənəvi olaraq Winter Wonderland adlı böyük bir yarmarka açılıb. Parkın qonaqlarını attraksionlar, şeytan çarxı, buz meydançası, isti qlintveyn və qəlyanaltılar gözləyir. Winter Wonderland ərazisində bəzək əşyaları, geyim, aksesuarlar, Yeni il və Milad bayramı üçün hədiyyələr ala biləcəyiniz iki Yeni il bazarı fəaliyyət göstərir. Yarmarka yanvarın 1-də bağlanır.

 

Marchés de Noël, Strasburq, Fransa

Strasburqu əbəs yerə Yeni il bayramının paytaxtı adlandırmırlar: ənənəvi Yeni il yarmarkaları burada 1570-ci ildən etibarən keçirilir. Kleber meydanında 30 metr uzunluğunda bəzədilmiş şam ağacı ilə ən əsas sehrli tamaşa baş verir.

 

Wiener Christkindlmarkt, Vena, Avstriya

Vena bələdiyyə meydanı alma ştrudeli, qızardılmış şabalıd və karamelli meyvə həvəskarları üçün Avstriyanın paytaxtının sakinlərini və qonaqlarını böyük Yeni il şəhərciyi ilə qarşılayır. İsti şnaps, ənənəvi şokoladlı likör və xardallı sosiska, Yeni ilə qədər isə hər həftə sonu sizi bayram konsertləri gözləyir.

 

Adventi Ünnep a Bazilikánál, Budapeşt, Macarıstan

Budapeştin ən əsas Yeni il yarmarkası Müqəddəs İstvanın Bazilikası yaxınlığında rahatcasına yerləşdirilib. Burada qonaqlar üçün buz meydançası, folklor musiqisi konsertləri, ənənəvi qırmızı kələmli ördək ayaqları, qlintveyn və meyvəli brendi hazırlanır. Axşam isə hər kəsi kilsənin fasadında çox maraqlı işıq şousu gözləyir.

 

Vánoční trhy na Staroměstském náměstí, Praqa, Çexiya

Qədim şəhər meydanında Yeni il yarmarkası – ənənəyə görə, böyük bəzədilmiş şam ağacı, yeni il vertepi (kukla qutusu), kontakt zooparkı və qurmanlar üçün əsl bayramdır. Siz ən gözəl bayram əhval-ruhiyyəsi ilə təmin olunacaqsınız!

 

Qırmızı meydan, Moskva, Rusiya

Gözəl tarixi dekorasiya ilə rəngarəng yarmarka: Kreml, Müqəddəs Vasili Blajennı. Nəhəng buz meydançası ləziz yeməklər və suvenirlər satan bəzəkli yeni il daxmaları ilə əhatə olunub. Moskva yarmarkası, yanvar ayının sonuna qədər işləyən az sayda yarmarkalardan biridir.

 

San Gregorio Armeno street – Napoli, İtaliya

Bizim siyahımızda ən qeyri-adi yarmarka: Napoli’nin cazibədar San Gregorio Armeno küçəsi yalnız Yeni ildə canlanır. Burada bütün mümkün olan və mümkün olmayan Yeni il heykəlciklərinin növləri ilə müxtəlif mağazalar açılır. Yeni ilin öz səhnəsinin yaranması – yerli bir ənənədir.

 

Bryant Park, Nyu-York, ABŞ

Yəqin ki, Nyu-Yorkda ən məşhur yarmarkadır, halbuki burada birmənalı olaraq seçim çoxdur. Yarmarkanın mərkəzində – ən müxtəlif mallarla dolu olan – əşyalar və aksesuarlardan şirniyyatlar və suvenirlərə qədər yüzlərlə kiçik köşklərlə əhatə olunmuş buz meydançası qurulub. Yarmarka öz işinə 28 oktyabrda başlayıb və  4 mart tarixinə qədər açıq olacaq!

 

Le village du Père Noël Saint Germain, Paris, Fransa

Fransız Şaxta Babanın adı Père Noëldir. Yeni il ərəfəsində Latın məhəlləsində əfsanəvi Saint-Germain bulvarı boyunca “Şaxta Baba Kəndi” və ya «Village un Père Noël» yeni il yarmarkası açılır. Yeni il hədiyyələri, suvenirləri və milli delikateslərinin satıldığı iyirmi beş balaca evciklər müştəriləri gözləyir.

 

Soyuq Əllər, İsti Ürək, Bakı, Azərbaycan

Əlbəttə ki, Fəvvarələr Meydanında Nargis Fund tərəfindən təşkil olunmuş doğma yarmarkamızdan yan keçə bilməzdik. Bakının mərkəzində sizləri yaxınlarınız və dostlarınız üçün Yeni il hədiyyələri əldə edə biləcəyiniz, isti kakao və ya kofe ilə isinə biləcəyiniz, ləziz təamları dada biləcəyiniz və canlı musiqi dinləyə biləcəyiniz təmtəraqlı bəzədilmiş taxta evciklərdən ibarət kiçik rahat yarmarka gözləyir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir