qaz saygaci

Qaz sayğacının üzərindəki bu yazı və işarələr nədən xəbər verir? – FOTOLAR

Baxış sayı: 5. 561

Qaz sayğaclarının üzərində müxtəlif yazı və işarələr var ki, onların hər birinin öz anlamı var. Etiraf edək ki, çoxumuz bu işarələrin xəbərdaredici mahiyyəti barədə tam məlumatlı deyilik. Oxucular üçün maraqlı olacağını nəzərə alıb, həmin işarələrin mənası barədə məlumatları təqdim edirik.

 

Açıq Klapan:

Ekranda görünən bu işarə sayğacda qaz olduğunu və klapanın açıq vəziyyətdə olduğunu bildirir. Əgər sızma müşahidə olunarsa, işarə və sözlə yazılmış “Alarm” xəbərdarlığı ekranda göstərilir.

Bu işarə isə klapanın bağlı olduğunu bildirir. Sayğacda qaz olmadıqda və ya sizin balansınız bitdikdə ekranda bu işarə yer alır. Bu o deməkdir ki, hər hansı bir səbəbdən qaz olmadığı üçün klapan bağlanıb. Bunu aradan qaldırmaq üçün təbii ki, siz balansı artırmalısınız.

Sayğacdan keçən qazın həcmi normadan çox olduqca ekranda işarə və sözlə “Alarm” yazısı göstərilir.

Hər kəs sayğac işə qoşulan zaman evdəki bütün cihazların söndürüldüyüni təxmin edir. Əgər 180 saniyə ərzində sızma testi zamanı sayğac qaz istehlakını aşkar edirsə, bu o deməkdir ki, qaz cihazı hələ də işləyir. Bu halda bütün cühazları yoxlamaq vacibdir.

Əgər ekranda bu işarə varsa, maksimal qaz axını artıb deməkdir. Bu zaman sayğac bağlanır.

Bu işarə isə başqa təhlükənin olmasından xəbər verir. Odur ki, maksimum diqqətli olmaq vacibdir. Məsələn, əgər sayğacın üzərində bu fotodakı kimi yazılıbsa və rəqəm “Alarm” sözünün qarşısında 1 rəqəminin göstərirsə, zavodun plombuna müdaxilə edilib.

“Alarm” sözünün qarşısında 2 rəqəminin göstərirsə, batareyanın bitməsinə 30-dən az qaldığı bildirilir.

“Alarm” sözünün qarşısında 5 rəqəmi yazılıbsa, geriyə axın müşahidə edilib.

“Alarm” sözünün qarşısında 3 rəqəmi yazılıbsa, qısa qapanma aşkar edilib.

Əgər sayğacın üzərində FO-44 rəqəmi göstərirsə, bu o deməkdir ki, klapan hər hansısa bir səbəbdən bağlanmayıb.

Bəlkə də bu işarələr və orada göstərilənlər çoxları üçün adi görünür, lakin buradakı səbəblərdən partlayış baş vermə ehtimalı da yüksəkdir. Odur ki, hər birimiz bu yazılara diqqət etməliyik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir