pehriz

Yeni il üçün sərfəli 3 detoks-pəhriz

Baxış sayı: 1. 444

Yeni ilə barmaqla sayılacaq günlər qalıb. Və belə bir məqamda orqanizmimizlə də bağlı müəyyən təlaşlarımız başlayıb. Bir tərəfdən də indiki vəziyyətdə xüsusi bir pəhriz etməyə də “simiclik” edəcəyik. Buna görə də orqanizmanda dərindən təmizlik üçün sadə və sərfəli 3 detoks-pəhrizini təqdim edirik. Büdcənə görə bu 3 pəhrizdən biri köməyinə gələcək.

 

Sürətli detoks

Bu metodun sürətli olması onun nəticəsi ilə kompensasiya edilir: 3 gündə orqanizmimiz bütünlüklə yığılmış toksinlərdən azad olunur. Sadəcə bayramda bir az yüngül yeməklər yemək lazımdır.

Nə etməli?

 Karbohidratları, əti, şəkəri, spirtli içkiləri, süd məhsullarını, pendiri, kərə yağını, un məmulatlarını, qızarmış qidaları, kofeni və çayı (yaşıl çay istisnadır) rasionundan çıxart.

 Duz və ədviyyatlara limit qoy.

 Meyvə, tərəvəz və bir az ağ balıq ye.

 Qarğıdalı və buğda toxumu, cəfəri, kəvər, mərcimək, vəzəri, kətan və s. diqqət etməlisən.

 Rasionunu paylaşdır. Səhərləri nişastalı və bitkili qidalar qəbul et, naharda isə zülallı və vegetarian kimi qidalan.

 Mədədə fermentasiyanın qarşısını almaq üçün səhərləri qidalanmağa meyvə ilə başla.

 Həzm prosesi ağır getdiyi üçün qidanı ağızda tam çeynəmək lazımdır.

 Hər yeməkdən 1 saat sonra mədəni 5 dəqiqə masaj et.

 Hər gün istirahət et. Nahardan sonra yatmaq istəsən çalış bu 20 dəqiqəni keçməsin. Əks halda daha çoxu yuxusuzluq yaradacaq, bu də gecə yuxuna pis təsir edəcək.

 

3 günlük menyu

Səhər yeməyi

Yeni sıxılmış kök və alma şirəsinin qarışımı

Kofeinsiz bir fincan kofe və ya bir fincan yaşıl çay

Günorta yeməyi

Alma və ya portağal

Tərəvəz salatı

Tərəvəz bulyonu ilə qarabaşaq

Ara yemək

Bir neçə ədəd fındıq və ya qoz

Şam yeməyi

200 qram tərəvəzin qril olunmuşu və ya buxarda bişmişi

100 qram ağ balığın qril olunmuşu

 

İçkilər

Mineral su ilə alma sirkəsi qarışdırılıb içilir (1 litr suya 3 x.q. alma sirkəsi)

Tərəvəz və meyvələrdən yeni sıxılmış şirə

Onların tərkibindəki ferment molekulları maddələr mübadiləsinin fəaliyyətini yaxşılaşdırır.

 

Detoks-Yüklənmə

Bu üsul mükəmməldir. Xüsusilə də, bayramdan sonra daha da mükəmməl olacaq. Pəhrizdən 7 gün sonra orqanizm, çəki və maye keyfiyyəti də balanslaşır.

 

Nə etməli?

 Kərə yağını, qaymağı, duzu, şəkəri, şokoladı, qırmızı əti, çörəyi, düyünü, kartofu rasionundan çıxart.

 Meyvə və tərəvəz ye.

 Kələm və soğan püresi ye. Çünki buxarda bişmiş soğan orqanizmi toksinlərdən təmizləyir.

 Tez yat (21:30-dan etibarən yatsan yaxşı olar). Yataq otağında da havanın istiliyi 18 dərəcə olmalıdır.

 Sauna və hamamda çox qalmaq lazımdır ki, məsamələr vasitəsilə toksinlər bədəndən xaric olunacaq.

 Bunun üçün üzü və bədəni skrabla yaxşıca pilinq etmək lazımdır. Bu prosesi unutmaq lazım deyil.

 Açıq havada idman et: sürətli yeri, velosiped sür.

 30 dəqiqə idman xarakterli yürüş yaxşı təsir edir.

 

Həftəlik menyu

Yuxudan dərhal sonra

Limon şirəsi ilə bir stəkan isti su

Səhər yeməyi

Qatıqlı müsli

 

Günorta yeməyi

Kələm şorbası (500 ml)

Alma püresi

 

Ara yemək

Sidikqovucu otlarla nanəli çay

Bir ədəd quru qaysı və bir neçə ədəd badam

 

Şam

Kələm şorbası (500 ml)

Zeytun yağında yarı qızardılmış şampion göbələyi (150 qr)

Təbii qatıq, naringi və ya portağal

Yuxudan əvvəl

Zəncəfillə limon suyu dəmləməsi

Üçüncü gün isə 100 qram toyuq əti və ya ağ balıq əti əlavə edə bilərsən. Beşinci gün isə 50 qram qarabaşaq əlavə edə bilərsən.

 

Orqanik detoks

Bu proqramı yavaş-yavaş amma əmin addımlarla etmək lazımdır. Pəhrizdə təbii məhsulların seçimi də maddələr mübadiləsinin yaxşı fəaliyyətinə əsas verir.

 

Nə etməli?

 Sənaye məhsullarında çoxlu zərərli hormonlar, pestisidlər, konservantlardan və digər sintetik komponentlər olduğundan onlardan tamamilə imtina et.

 Ərzaq dükanlarından xüsusi orqanik qidalar al.

 Heyvani zülalların qəbulunu limitlə.

 15 gün boyunca şəkərdən tamamilə imtina et və yalnız bir gün az miqdarda istifadə et.

 Yağ turşularını unut: marqarın və yağlı ət.

 Zeytun və qoz yağı, balqabaq tumu kimi doymamış yağ turşularına özünü öyrət.

 Özünü yaşıl tərəvəzlərə, badama, qarğıdalıya, meyvəyə öyrət.

 Orqanik yağ istifadə edərkən zeytun yağına üstünlük ver.

 Bağırsaq divarlarını təmizlə.

 30 dəqiqə gəzərək təmiz hava qəbul et.

 Bədəni toksinlərdən təmizləmək üçün saunaya, türk və rus hamamlarına get.

 Təmiz su iç.

 Bədənin vitamin, mineral və amin turşusu ehtiyacını ödəmək  üçün bioəlavələr qəbul et.

 

İki həftəlik menyu

Yuxudan dərhal sonra

Yarım limon şirəsi ilə bir stəkan isti su

Böyük bir stəkan yeni sıxılmış şirə

 

Səhər yeməyi

Rəndələnmiş zəncəfil və limonla yaşıl çay

Rəndələnmiş badamla buğda çörəyi

Səhər saat 10:00-da

Vitamin C (askorbin turşusu)

 

Günorta yeməyi

Buğda bişmiş tərəvəzdən şorba-püre

Saat 16:00-da

Buğda bişmiş meyvə püresi və bir neçə ədəd badam

 

Şam yeməyi

Buğda bişmiş tərəvəzlə şorba-püre

Yağlı qırmızı balıq və ya ağ balıq həftədə üç dəfə, ağ ət həftədə iki dəfə, həftədə bir dəfə 2 ədəd yumurta, keçi pendir və ya həftədə bir dəfə mozzarella  yeyə bilərsən.

Buxarda hazırlanmış tərəvəz

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir