Çini qablar
- Çini qabları oddan uzaq tutun. Çünki od çinilərin “genişlənməsinə” və sınmasına səbəb olur.
- Çini qabları soyuducunun buz yerinə qoya bilərsiniz, ancaq buz yerindən çıxardıqdan sonra bir qədər otaq temperaturunda saxlamalısınız.
- Metal çəngəl və bıçaqlar çini qablarda iz qoya bilər.
- Çinilərin üzərində qalan çay və qəhvə ləkələrini qab və ya diş tozu ilə təmizləyə bilərsiniz.
- Çini qabları yuyarkən daha çox maye təmizlik maddələrindən istifadə edin. Çünki başqa təmizlik maddələri və tel çinilərinizə ziyan verə bilər.
- Qurumuş yemək artıqları çinilərin naxışları zədələyə bilər. Buna görə də çini qabları yemək artıqları qurumadan yuyun.
- Əgər çinilərinizin naxışları qızılı rəngdədirsə, qabyuyan maşın əvəzinə əlinizdə yuyun.
- İstifadə etdiyiniz su çox kirəclidirsə, qab yuyarkən kirəcə qarşı tozdan istifadə edin.
- Boşqab və fincanlarınızı üst-üstə qoyarkən aralarına nazik kağız yerləşdirin. Beləliklə, qablarınızı zədələnməkdən qorumuş olarsınız.
Büllur qablar
- Büllur qablarınızı həmişə maye təmizlik maddələri ilə yuyun. Büllur qabları yuyarkən cızılmasın deyə əlinizdəki üzükləri çıxarın.
- Ağız hissələri stəkanların ən nazik və ən həssas yerləridir. Buna görə də stəkanları ağzı üstə çevirməyin.
- Büllurlarınızı şkafa qoyarkən qabların arasında məsafə saxlayın. Çünki büllurlar yüksək temperaturda genişlənirlər.
Gümüş qablar
- Gümüş oksidləndiyi və qaraldığı üçün onu saxlamaq çətindir. Buna görə də gümüş qablardan tez-tez istifadə edin.
- Gümüş qablarınızı saxlamaq üçün yastı və içi parçalı qutulara üstünlük verin. Beləliklə, onları toz və qaralmaya səbəb olan kükürd mənbələrindən də qorumuş olarsınız.
- Gümüş qablar rəngini və parlaqlığını qorusun deyə pambıq parça ilə təmizləyin.
- Gümüş qabları radiator kimi isti yerlərdən uzaq tutun.
- Gümüş qabları parıldadarkən aşınmaya səbəb olmayan parçadan və ya təbii tükləri olan diş fırçasından istifadə edin.
- Gümüş qabları qabyuyan maşını əvəzinə əldə yumağa üstünlük verin. Əgər bıçaqlarınızın ağzı paslanmaz poladdandırsa, digər gümüş qablarla birlikdə yumayınn. Çünki üzərində qara ləkələr əmələ gələ bilər.
- Qabyuyan maşından istifadə etmək məcburiyyətində qalsanız, gümüş qablarınızı yemək dəstlərindən kənarda yerləşdirin və qurumamış maşından çıxarın.
- Duz da gümüşün oksidləşməsinə səbəb olur.
Polad qablar
- Polad dəstlərinizi ləkə əmələ gəlmədin deyə uzun müddət suda saxlamayın. Polad qablarınızı isti və köpüklü suda yuyun.
- Əgər polad qablarınızı qabyuyan mşınında yuyacaqsınızsa, maye təmizlik maddələrindən istifadə edin.