İnsanlar niyə ayaqüstə yata bilmirlər? Çünki, insanlarda əzələlər çox yumşaqdır. İnsanlar bir müddət hərəkətsiz olan zaman əzələlər boşalır və müvazinət itir. Şaquli vəziyyətdə qalmaq üçün əzələlər daim işləməlidir. Əsas da ayaq əzələləri. Bunun üçün də insan daim hərəkət etməlidir.
“Gencaile.az” məlumat verir ki, sükunət halında, əsasən də, yatan zaman və ya yuxulu vəziyyətdə olarkən, əzələlərin beyinlə əlaqəsi kəsilir. (insanın şaquli vəziyyətdə olmasını beyinin əzələlərlə birbaşa əlaqəsi təmin edir). Beyin dincələrkən, yatarkən (yəni-beyinlə əzələlərin əlaqəsi kəsilərkən) əzələlər tamamilə yumşalır, boşalır (əsas da ayaq əzələləri) və insan yıxılır.
İnsan yuxulayan zaman, onu sıx bir yerdə düz saxlamağa çalışsaq belə, bir dədiqədən sonra, əzələlər yumşalan kimi, insan ya aşağı, ya da ki, sağa-sola tərəf yıxılmağa başlayacaq. Ani, qısamüddətli yuxu fazaları anında belə skelet əzələləri, demək olar ki, tam boşalır, insan müvazınətini itirir və yıxılır.