Vilyam Red

İllik yemək xərci 5 manat olan adamın hekayəsi

Baxış sayı: 1. 771

Vilyam Red Amerikanın ən yaxşı universitetlərindən birinin kino bölümündən məzun olmuş gənc bir rejissordur. Onu fərqli edən cəhəti isə yaxşı bir işi və gəliri olmasına baxmayaraq yeməyə demək olar ki, heç pul verməməsidir. İki il boyunca toplamda təxminən 10 manata yaxın gülməli bir rəqəmi yeməyə xərcləyən Vilyamın hekayəsi çox ilgincdir. 

“Gencaile.az” xarici mediaya istinadən onun hekayəsini sizlərə təqdim edir.

 

MARKETLƏRDƏ SATILMAYAN, RESTORANLARDA YEYİLMƏYƏN VƏ ZİBİLƏ ATILAN YEMƏKLƏRİ YEYƏN GƏNC BİR ADAM

Vilyam Red 2014-cü ilin avqust ayından bəri marketdən yemək alış-verişi etmir, bayırda yeməyə də pul ödəmir. İstehlak çılğınlığına, qida israfına qarşı çıxan və zibilə atılan yeməkləri toplayaraq onları dadlı bir yeməyə çevirərək, ehtiyacı olanlara çatdıran bu şəxs qlobal bir sosial layihədə də çalışır. Dünyadakı adı Food Not Bombs, yəni, “Bombalara qarşı süfrələr” layihəsində könüllü olaraq çalışan Villiam, bu zaman yeyiləcək durumda olan nə qədər yeməyin zibilə atıldığını görüb və havayı qarın doyurmanın mümkün olduğunu fərq edib. O gündən bu günə zibil yeşiklərinə atılan yeməkləri qarışdıran, marketlərdə, bazarlarda satılmamış və zibilliyə atılmış olan tərəvəzləri, süd məhsullarını, qısacası, nə tapsa yeyən bir adama çevrilib.


Gənc adam belə deyir: “Həyatım digər insanlardan o qədər də fərqli deyil. Digərləri yemək üçün alış-verişə çıxanda mən küçələrə çıxıb, nələrin yeyilə biləcəyini araşdırıram. Digər insanlar nə yeyəcəklərinə qərar verərkən nə edirlərsə, mən də eynisini edirəm”.

Zibillikdən yemək tapmağın çox çətin olması fikrini isə qəbul etmir Vilyam: “Zibilliyə atılan yeməklərin keyfiyyət və miqdarını bir bilsəniz. Yaşadığım məhəllədə qısa bir yürüşə çıxır, 15 dəqiqə içində nə yeyəcəyimi çoxdan tapmış oluram”.

 

ZİBİLLİKDƏN YEMƏK YESƏ DƏ, HEÇ XƏSTƏLƏNMƏYİB

Bu qədər insan ac ikən və kifayətsiz qidalanarkən restoranlar, super marketlər yeyilməyən, satılmayan təzə və sağlamlığa heç bir təhlükəsi olmayan yeməkləri zibilliyə atır. Vilyam eyni zamanda bildirib ki, bu günə qədər zibillikdən ancaq keyfiyyətli qidalar tapıb və onlarla bəslənib. 3 ildir zibillikdən qidalanan gənc adam bu müddət içində bir dəfə belə xəstələnməyib və zəhərlənməyib.

Son dönəmlər vefeterian olmağa qərar verən Vilyam bu səbəbdən də zibilləri qarışdıranda bir az daha artıq vaxt sərf etdiyini, amma buna dəydiyini deyib: “Havayı yemək tapmaq çox asandır. Yeni bir meydan oxumağa ehtiyacım vardı”.

 

BƏS O 5 MANAT NƏYƏ XƏRCLƏNİB?

“Bəs bu 1 ildə xərclədiyin 5 manat nəyə lazım idi?” deyə soruşanlara verilən cavab isə ilgincdir. Bir gün Vilyam və heyəti Avstraliyada bir ada olan Deal Islandda film çəkilişi edəndə gecəni orda keçirmək məcburiyyətində qalıblar və Vilyam da ətrafda zibillik tapa bilməyib. Qarnı çox acdığı üçün 2.75 dollara kraker və su alıb. “Zibillikdən tapıb yediklərimdən sonra bunlar mənə o qədər dadsız və yavan gəldilər ki…” deyən Vilyam uzun müddət sonra pulla aldığı qidalarla bağlı hisslərini belə ifadə edib.

Bu arada Vilyamın məqsədi əsla insanlara zibillikdən qidalanmağa bəslənməyi aşılamaq deyil. Gənc adam bunlar barədə danışaraq əslində nə qədər çox yemək israfı edildiyinə və yeyilə biləcək olsa da, nə qədər çox yeməyin boş-boşuna zibilliyə atıldığına diqqət çəkmək istəyir.
Təkcə Türkiyədə ildə 1.8 milyard ədəd çörəyin, 1.3 milyard ton qida maddəsini zibilliyə atıldğını düşünsək, adam çox da haqsız sayılmaz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir