is gorusmesi

İş axtararkən yol verilən əsas səhvlər

Baxış sayı: 1. 568

Məhdud iş axtarışı çevrəsi. İş axtaran şəxslər əsas olaraq öz dostları və tanışlarına arxalanırlar və onlarla yetinirlər. Bəziləri rezümelərini iş axtarışı üşün nəzərdə tutulmuş xüsusi saytlarda yerləşdirir və yaxud özləri vakansiyalara baxırlar. Daha az sayda insan isə işədüzəltmə agentliklərindən kömək istəyir.

İş axtarışı prosesinə elə iş kimi yanaşın. Bununla sistemli şəkildə məşğul olun və gününüzün bir neçə saatını qeydlər etməyə, kontaktlar tapmağa sərf edin. Sizi maraqlandıran şirkətlərin personal üzrə menecerlərinə özünüz zəng edin. Bunda utanılacaq bir şey yoxdur, əksinə bu bazarın təhlilidir.

Cəlbedici olmayan rezüme. Hazırda internetdə çox sayda rezüme şablonu və onun necə təşkil edilməsinə dair məsləhətlər əlçatandır. Buna zaman ayırın. Ən yaxşı CV formatını seçin və lazımi məlumatları doldurun. Mütəmadi olaraq “vizit kartınız” hesab olunan bu rezümeni yeniləyin. Rezüme təşkil edərkən qətiyyən yol verməməli olduğunuz hal yalan məlumat daxil etmək və özünüzə əlavə bacarıqlar uydurmaqdır. Bu faktın üstü gec-tez açılacaq, siz isə nüfuzunuzu geri gəlməyəcək şəkildə məhz edəcəksiniz.

Passivlik. Rezüme göndərdiniz, bir-iki yerdən cavab aldınız, standart “Biz sizinlə əlaqə saxlayarıq!” cümləsini duyduğunuz bir müsahibəyə getdiniz və … gözləntilər içərisində dondunuz. Çəkinməyin, mütəmadi olaraq özünüzü xatırladın, yazın, zəng edin. Artıq müsahibədə iştirak etmisinizsə, sonda cavabı nə vaxt ala biləcəyiniz ilə maraqlanın.

Müsahibəyə qeyri-ciddi münasibət. Potensial rəhbər, kadrlar şöbəsinin müdiri və yaxud İR ilə söhbət işə qəbul olunmağa zəmanət vermir, lakin yaxşı təəssürat əhəmiyyətli dərəcədə şirkətdə yer almaq şansını yüksəldir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir