Qerenfil Nezerova

Hansı hallarda loqopedə müraciət etmək lazımdır?

Baxış sayı: 366

Loqopedə müraciət etmək bir çox valideyinləri narahat edən məsələdir. Uşağınız üçün narahat olduğunuzu bilirəm. Valideyn olaraq uşağınızın doğulduğu andan indiki yaşına kimi hansı inkişaf  prosesləri baş verir bilməyiniz önəmlidir.

Əgər:

* Yeni doğan uşağınız əmmirsə (bu uşağınızda 3 ayına qədər olan bir refleksdir və uşağınızın danışması, qidalanması üçün önəmlidir )

*1.5 ayından stəkandan su içmirsə ( uşağınız burundan düzgün nəfəs almamağın əlamətidir ki, bu halın da nitqə təsiri böyükdür)

* 1.5 ayında söz ehtiyatı və təqlidi yoxdursa

* 2 yaşında nitqdə “k” və  “g” hərfləri yoxdursa

*2.5 – 3 yaşında çeynəyə bilmirsə ( uşağınız 6-7 ayından qidalanmasından asılı olaraq çeynəmək istəmirsə bu irəlidə sizə və uşağınıza danışmasında problem yaradacaq. Çeynəmə zamanı dilimiz fırlanır ki , bu da r səsini  düzgün  söyləməsi üçün önəmlidir)

* 3 yaşında uşağınız danışarkən dilini dişlərinin arasına aparırsa (bu hal diş deformasiyasına səbəb olur və nitqi gecikdirir).

 

Loqoped Qərənfil Nəzərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir