kisi

Xanımlar oxumasın: kişi olmağın MÜSBƏT TƏRƏFLƏRİ

Baxış sayı: 1. 226

Kişi olmaq asan deyil. Əvvəl sünnət, sonra əsgərlik… Bir də hər yerdə “kişi adamsan ə…” kəlməsi olmaya.  Amma bütün bunlarla yanaşı kişilərin qadınlardan daha şanslı olduğu hallar da var. “Gencaile.az” kişi olmağın müsbət tərəflərini təqdim edir.

 

Kişi olmağın dəyərli üstünlükləri..

Telefon danışığınız sadəcə 30 saniyə davam edər.

Bir həftəlik tətil üçün 1 ədəd çemadan bəsdir, hələ artıq da ola bilər.

Bankalarınızı özünüz aça bilirsiniz.

Bütün orqazmlarınız gerçəkdir.

Yatağınızı yığışdırmadan evdən rahatlıqla çıxa bilərsiniz.

Hər yerə gedərkən içinə nə gəldi qoyulmuş çanta daşımanıza ehtiyac yoxdu.

İctimai yerlərdə dostunuza ehtiyac duymadan tək tualetə gedə bilirsiniz.

Soyadınız heç vaxt dəyişməz.

Ən adi incə hərəkətiniz üçün yaxşı qarşılanırsınız.

Çimib hazırlaşmağınız sadəcə 10 dəqiqə davam edər.

Alt paltarlarınız qadınlarınkı kimi bahalı deyil.

34 yaşında hələ də subaysınızsa, bu, heç kim üçün dərd deyil.

Üzünüz, gözünüz, saçınız səhər yataqdan qalxdığınız rəngdə qalır.

Ağ köynək geyindiyiniz zaman yağışa düşmək fəlakət deyil.

3 cüt ayaqqabı bəsinizdir.

İsti bir gündə köynəyinizi çıxara bilərsiniz.

Başqalarının yeni saç kəsiminizin fərqinə varıb-varmadığı vecinizə deyil.

Oturarkən “oram-buram açıq qaldı” dərdiniz yoxdur.

Dağınıq saç və qırışlar sizi daha xarizmatik edər.

Televizorun pultu ancaq sizindir.

Aptekdən prezervativ alanda utancdan yerin dibinə girmirsiniz.

Dostunuza “zəng edəcəm” dediyiniz halda zəng etməsəniz də, arxanızca “dəyişib”, – deyən olmayacaq.

İnsanların ad gününü yadda saxlamaq məcburiyyətində deyilsiniz.

Televizorda sizin üçün həmişə futbol olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir