Bacao qəbiləsinin sakinləri çox maraqlı və qəribə insanlardır. Onlar Yer kürəsinin dənizdə yaşayan yeganə xalqıdır. Bacao xalqının bütün həyatı qayıqlarda mirvari axtarışı və balıq ovu ilə keçir. Dəniz qaraçıları sayılan bu qəbilə sakinlərinin əsas ov məkanı Sakit okeanın Korall üçbucağıdır. Onlar suda doğulur, elə bu xırçın dalğalarda da dünyadan köçürlər.
Bacaolular içməli su, elektrik enerjisi, təhsil kimi sivilizasiyanın təməlini təşkil edən digər ünsürlərin nə olduğunu bilmədən yaşayırlar. Buna baxmayaraq bacaolular olduqca xoşbəxtdirlər.
Dəniz qaraçıları qatı dindardırlar. Onların dini animizm və islamın sintezidir. Bacaoluloar inanırlar ki, suyun hər yeri ruhların məskənidir. Okean isə bu xalqın dünəni, bugünü və sabahıdır.
Həyatın əsas mənasını övladlarında görürlər. Dəniz qaraçıları hesab edirlər ki, uşaqlarsız ailənin anlamı yoxdur. Qayıqlarda dünyaya gələn körpələr suyun üzərində özlərini daha azad və xoşbəxt hiss edirlər. Onlar yırtıcı dəniz heyvanları ilə adi ev heyvanları kimi əylənir, zaman keçirirlər.
Bacaoluların üzgüçülük qabiliyyətinə ən peşəkar idmançılar belə həsəd apara bilərlər. Lakin onlar bunu zövq üçün deyil, pul qazanmaq xatirinə edirlər.
Onlar həmçinin dəniz məhsullarından çox gözəl xörəklər və souslar hazırlayırlar.
Onlar xüsusi dalğıc geyimi olmadan dənizin dibinə enir, mirvari toplayırlar. Bu qəbilənin kişiləri adətən 60 metr suyun dərinliyinə baş vura bilirlər. Onlar bir neçə dəqiqə ərzində nəfəs almadan okeanın dibində üzə bilirlər.
Onlar son zamanlar ənənəvi balıqçılıqdan çox dinamitlə dəniz canılılarını məhv etməyə üstünlük verirlər. Mütəxəssislər düşünürlər ki, bu vəhşilik bir neçə il də davam edərsə, 500 növdən çox dəniz canlısının və mərcanların kökü kəsilə bilər.
Acınacaqlı fakt odur ki, bu üsulla balıq ovlayan zaman onlar özlərinə xətər yetirir və ömür boyu şikəst qalırlar.
İndoneziyanın hakimiyyəti bacao əhalisinə okean sahillərində düşərgələr, uşaqları üçün isə məktəblər inşa edirlər. Bacao xalqının böyük əksəriyyəti artıq bu evlərdə məskunlaşıblar.
Lakin bəziləri hələ də suya bağlı həyatlarındandan ayrıla bilmirlər.