kartof

Bu qidaları yedikcə arıqlayacaqsınız

Baxış sayı: 1. 270

Arıqlamaq üçün ac qalmağa ehtiyac yoxdur. Çünki yeyərək də ideal kiloda qalmaq olar. İngiltərəli alimlər insanı tox saxlayan və kökəltməyən qidaları müəyyənləşdiriblər.

“Gencaile.az” çox yedikcə arıqladan qidaların siyahısını təqdim edir:

 

Makaron

İngiltərəli alimlər “çox yeyən kökəlir”, – düşüncəsini darmadağın etdiyi kimi, makaronla bağlı təsəvvürləri də puç ediblər. Belə ki, onlar makaronun insanı kökəltdiyi barədə deyilənlərin yanlış olduğunu, piylənməyə səbəb olan qidalar arasında bu qidanın məsumluğunu sübuta yetiriblər. Onların fikrincə, xüsusilə, kəpəkli undan hazırlanan makaron kökəltmir, əksinə arıqladır. Ancaq bir şərtlə. Makaron yeyərkən iki qaydaya əməl etmək lazımdır.

1.Makaronu üzərinə müxtəlif souslar, yağ, krem əlavə etmədən yemək lazımdır.

2. Makaronu bişən kimi, isti-isti yox, biraz soyuyandan sonra yeyin. Soyuq makaron orqanizmdə proteinə çevriləcək.

 

Darı pilovu

Bir porsiya darı pilovu sizi uzun müddət tox saxlayacaq. Darı pilovunu qatıq və ya ayranla yeyərək ideal kilonuzu qoruya bilərsiniz.

 

Qatıq

Qatığın kalorisi çox azdır. Üstəlik insanı uzun müddət tox saxlayır. Günorta və axşam saatlarında 1 kasa qatıq yemək kilo probleminizin öhdəsindən gələcək. Qatıq yeməyi xoşlamırsınızsa, içərisinə müxtəlif ədviyyatlar qataraq və ya xiyar doğrayaraq dadlandıra bilərsiniz.

 

Alma

Alma gündəlik şəkər ehtiyacını ödəyir. Bu şəkər hazır qidalardan qəbul etdiyimiz şəkərdən fərqli olaraq faydalıdır. Alma yedikdə gün ərzində şirniyyat yemək ehtiycı hiss etməyəcəksiniz. Üstəlik, alma insanı tox saxlayır. Bir sözlə, alma arıqlamaq istəyənlər üçün ən faydalı qidadır.

 

Kartof

Eynilə makaron kimi, kartofun da adı uzun müddət kökəldən qidalar siyahısında olub. Yaxşı ki, tədqiqatlar gündəlik menyumuzda mütləq yer alan və uşaqdan böyüyə hər kəsin sevimlisi olan kartofun kökəltmədiyini sübut etdi. Kartof insanı tox saxlayır və lif miqdarı yüksək olduğu üçün həzm sisteminə yaxşı təsir edir.

Ancaq burada qızartma katofdan bəhs etmədiyimizi vurğulamalıyıq. Yağda qızardılan kartof, əlbəttə ki, kökəldəcək, çünki yağ birbaşa piy qatı yaradan bir maddədir. Kartofu suda və ya sobada bişirin və yaşıl tərəvəzlərlə birlikdə yeyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir