sevgi

Hər gərəksiz detalı sevgilinlə paylaşırsınız? – TEST

Baxış sayı: 1. 582

Bəzən biz fərqində olmadan hər şeyi sevdiyimiz insanla paylaşırıq. Amma bu hal bəzi vaxtlarda onu bizdən uzaqlaşdırır. Çünki gərəkli-gərəksiz hər şeyi onunla paylaşıb onu yoruruq. Bəs siz necə, sevgilinlə hər gərəksiz detalı paylaşırsınız? Bunu təqdim etdiyimiz testlə yoxlaya bilərsiniz.

 

1. Mensturasiya dövrünün ən kritik günündəsən və ağrıkəsici içib istirahət gününü evdə keçirirsiniz. Sevgilin zəng vurub hal-əhval tutur. Siz:

A) Yaxşı olduğunu deyib detala girmirsiniz

B) Kinayəli şəkildə: “bundan daha yaxşı ola bilmərəm” deyirsiniz

C) Həmin an birbaşa vəziyyəti danışırsınız

 

2. Həyat fəlsəfəniz:

A) Süküt içərisindədir

B) Nə görürsünüzsə, onu da deyin

C) Dünya mənim terapistim

 

3. Facebook yaxşı bir yerdir:

A) Istifadə etmirsiniz. Sosial şəbəkələr sizə görə deyil

B) Tanınmış insanları izləyirsiniz

C) Fikirlərinizi bütün dünyaya çatdıra bilirsiniz

 

 

4. İşə 20 dəqiqə gecikirsiniz və müdir niyə gecikdiyinizi soruşur. Siz:

A) Sakitcə üzr istəyərsiniz

B) Günahı tıxacın üstünə atarsınız

C) Sevgilinlə dalaşdığınızı anladarsınız

 

 

5. Rəfiqənia əyləncəli tətil fotosunu “Instagram”-a yükləyir. Reaksiyanız:

A) Gözlərinizi süzdürərsiniz. Siz heç vaxt belə foto paylaşmazsınız

B) Siz də tez axrıncı tətil fotolarından ən yaxşısını paylaşarsınız

C) Sevgilinizlə getdiyiniz sevgi dolu tətildən fotolar paylaşarsınız.


NƏTİCƏ

A-lar çoxdursa

Qaydasında söyləyirsiniz

Münasibət qurarkən dəqiq olmağı seçirsiniz. Hər şeyi söyləyirsiniz. Hətta bəzən “kəlbətinlə” ağzından güclə çəkilib çıxarılan sözləri də. Buna görə də sosial şəbəkələrlə aranızda ciddi bir məsafə var. Lazımsız paylaşımlardan və hətta paylaşımlardan uzaq qaçırsınız. Bir az da daxilə qapanmaqdan uzaq qaçıb ətrafınıza da baxmağı məsləhət görürük.

 

B-lər çoxdursa

Balansı qoruyursunuz

Yaşaqdıqlarınızə ətrafınızla paylaşmaqdan çəkinmirsiniz. Amma bunu edərkən şişirtmirsiniz və detallara girmirsiniz. Sadə dillə anladırsınız. Hadisələri olduğu kimi danışırsınız və yalan danışmağa ehtiyacınız olmur. Yaxşı münasibətin sirrini tapmısınız: Münasibətdə hər şeyi balanslı saxlamaq.

 

C-lər çoxdursa

Detallara girmək xoşunuza gəlir

Sizin baxışılarınızda hər hansı bir mövzuda utanmaq sözü yoxdur. Yaşadığınız istənilən hadisəni bütün detalları ilə danışa bilirsiniz. Bunun qarşındakı insana maraqlı olub-olmadığı vecinizə deyil. Amma bunu unutmauın ki, bəzi şeylər sizə özəl qalmalıdır. Xüsusilə də, sevgilinizlə olan hər bir şey.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir