Bəzən münasibətimizdə narahatlığa səbəb olmamaq üçün xoş olmayan davranışları görməzlikdən gəlib, səs çıxarmırıq. Bəzən isə aşiq olmağın bizə bəxş etdiyi xoşbəxtlik və həyəcandan özümüzü sevgilimizə həsr edərik. Xüsusilə münasibətimizin irəliləyən dövrlərində həyəcan get-gedə azalır. Əlaqənizdəki həyəcanın ilk gündəki kimi qalması üçün 3 sadə amma təsirli tövsiyə əməl etmək lazımdır.
Düşüncələrinizə sadiq qalın
Sevgilinizin fikirləri ilə razılaşmamağı əlaqəniz üçün təhlükə qəbul edə bilərsiniz. Çox insan eyni fikirlərə sahib olmağın xoşbəxt münasibətin düsturu olduğunu düşünür. Lakin fərqli düşündüyünüz mövzularda fikirlərinizi müdafiə etməyiniz və hər şeyə bəli deməməyiniz, sizi sevən və düşüncələrinizə əhəmiyyət verən insanın hörmətini qazanacaq və əlaqənizi gücləndirəcək.
Özünüzə aid həyatınız olsun
Hər insan fərqlidir: bəzi insanın öz əhatəsinə ehtiyacı var, bəzi insan isə sevgilisiylə nə qədər çox zaman keçirsə sıxılmaz. Münasibətdə olduğunuz insanla ortaq hobbiləri paylaşmaq və birlikdə zaman keçirmək son dərəcə əhəmiyyətlidir. Lakin bu özünüzə aid bir həyatınızın olmadığı mənasını verməz. Hər dəqiqə birlikdə olmaq əlaqənizə zərər verə bilər. Çünki söhbət edəcəyiniz mövzular azalar və bir-birinizdən bezərsiniz. Bunun əksinə xüsusi bir dünyası, fərqli maraq sahələri və öz fəaliyyətləri olan partnerə hər zaman maraq daha çoxdur.
Sevgilinizi davamlı axtarmayın
Xüsusilə qadınlar davamlı olaraq sevgililərini axtarmaqdan və gün ərzində baş verən hər şeyi onunla paylaşmaqdan zövq alırlar. Sevgilinizi davamlı axtarmağınız onun sizdən sıxılmasına və ona möhtac olduğunuzu düşünməsinə səbəb ola bilər. Sevgiliniz sizdən bir müddət xəbərsiz qaldıqda nə etdiyinizlə maraqlanacaq və aranızdakı dialoq daha maraqlı olacaq.
Bu davranışlar və vərdişlər münasibətinizin hərəkətli və dinamik qalmasına, sevgilinizlə bir-birinizi daha yaxşı tanımağınıza kömək olacaq. Unutmayın ki münasibətinizi gücləndirmək və sevgilinizlə daha yaxın ola bilmək üçün davranışlarınızı zaman zaman nəzərdən keçirmək lazımdır.