Olduğunuzdan daha kök görünmək istəmirsinizsə, Publika.Az-ın hazırladığı məsləhətləri nəzərdən keçirin.
Straples geyimlər hər zaman eleqant xilaskar olmaya bilər. Cizgili və dizaltı paltarlar boyu qısa göstərdiyi üçün kök görünməyinizə səbəb olur. Bu zaman rəng seçiminə də fikir verin.
İllərdən bəri deyilən düz zolaqlar heç də hər zaman işə yaramır. Əgər, qarnınız çox bilinirsə, qətiyyən bu cür paltarlar geyinməməlisiniz. Dar kəsimli uzun zolaqlar yuxarı hissədə yaxşı otursa da, aşağıya doğru getdikcə formasını itirir. Bu isə bütün diqqəti artıq çəkilərin olduğu yerə yönəldir.
Naxışlı corablar… Nazik ayaqlı qadınların uğurlu seçimi ola bilər. Naxışlar ayaqları olduğundan daha qalın göstərəcək, həm də diqqəti ayaqlara toplayacaq.
İri naxışlı geyimlər – Buaraya adətən etnik naxışlı və gül şəkilli paltarları aid etmək olar. Bütün geyim dəsti naxışlı və güllü geyimlərdən ibarət olsa, ən böyük dəb səhvini etmiş olarsınız. Bu cür geyimlərə meyllisinizsə, üst geyim tək rəng olmalıdır. Yaxud da əksinə, üst geyim güllüdürsə, alt geyim tək olmalıdır.
Həddindən artıq aksessuar – Sinələri iri olan qadınların tez-tez etdiyi səhvlərdən biridir. Dekoltə bölgələrində həddindən artıq aksessuar taxmaq olmaz. Qarmaqarışıqlıqla bütün diqqətləri üzərinizə toplayacaqsınız. Həcmli akessuarların yerinə, zərif boyunbağı taxmaq daha məqsədəuyğundur.
Boğazlı köynəklərin yaraşdığı insan sayının nə qədər olduğunu deyə bilmərik, amma çəkinizdən şikayət edirsinizsə, bu modeldən uzaq durun. Boğazını gizlətməklə arıq görünə bilməyəcəksiniz. Boğazı kamuflə edib bütün bədəni bir bütün kimi göstərməyin.
İri naxışlı, uzun paltarlar – Kök qadınların uzaq durmalı olduğu modellərdən biridir. Rənglər, material qarışıqlıq yarada bilər. Tək rəng uzun paltarlar, ya da diz üstündə çox dar olmayan ətəklər seçə bilərsiniz.
Yüksəkbelli dar şalvarlar omba hissəsi çox iri olanlar üçün mükəmməl seçim deyil.
Əlvan rəngli şalvarlar sizi olduğunuzdan daha kök göstərər.
Boyu qısa olan xanımlar iri çiyinləri olan paltarlar geyinməsə, yaxşıdır. Həm bədəni qısaldır, həm də çiyin və boyun xəttini yox edir. Belə olan halda qısa boylu xanımlar çiyinləri həcmli geyimlərdən uzaq olsa, yaxşıdır.
Toxunma köynəklər – Çox gözəl olsalar da, istifadə etmək asan deyil. Üst bədəninizlə bağlı, probleminiz varsa, toxunma köynəklər geyinməyin. Çünki sizi onlardan daha kök göstərə bilər.