mehriban elizade

“Ölümlə hər an burun-burunadırlar…”, – Afrikada könüllü olmuş gənc azərbaycanlı həkim

Baxış sayı: 1. 630

Bir neçə gün öncə dünya mediası azərbaycanlı həkimin Afrikada həyata keçirdiyi uğurlu əməliyyatdan yazdı. Mehriban Əlizadə adlı bu xanım 25 yaşlı afrikalı xanımın üzərində həyata keçirdiyi əməliyyatla onun uşaqlıqdan dünya işığına həsrət qalmış gözlərinə nur bəxş etdi.

“Gencaile.az” saytı oftalmoloq Mehriban Əlizadə ilə olan qısa müsahibəni sizlərə təqdim edir.

 

– Əvvəlcə sizi daha yaxından tanıyaq…

Mən Mehriban Əlizadə Firudin qızı. 1986-cı ildə Bakıda dünyaya gəlmişəm. 2004-2010- cı illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil almışam. Eyni zamanda 2010-2011-cil illərdə Milli Oftolmologiya Mərkəzində bir il təcrübə keçmişəm. Daha sonra 2013-cü ildə TUS proqramı ilə Türkiyədə “Haydarpaşa” Elmi-Tədqiqat Universitetində təhsil aldım. 2017-ci ildə təhsilimi bitirib Azərbaycana qayıtdım və ilk olaraq “Caspian İnternational” hospitalında, daha sonra “Bonadea İnternational” hospitalında işlədim, indi isə başqa bir yerdə işləməyi planlaşdırıram. Hərdən Türkiyəyə gedirəm. Əsas işim Azərbaycandadır.

11.jpg (55 KB)

– Əsas məsələyə dönək, könüllülük proqramına qoşulmaq barədə nə vaxtdan düşünməyə başladınız?

“Haydarpaşa”da oxuyarkən bir həkim könüllülük proqramı vasitəsilə Afrikaya getmək haqqı qazanmışdı. Qayıtdıqdan sonra oradakı insanların yaşayışı, ümumi vəziyyəti barədə məlumat verdi. Məndə də o zamandan bəri bu yerlərə getmək arzusu yarandı. Proqrama çoxdan baş vursam da, qismət bu ilin iyun ayına imiş. Mənə zəng edib, Afrikaya könüllü həkim kimi gedib-getməyəcəyimi soruşdular. Mən də, əlbəttə ki, razı oldum.

– Bu proqramın iştirakçısı olan daha başqa azərbaycanlı həkimlər tanıyırsınız?

Təbii ki, proqrama qoşulan başqa azərbaycanlı həkimlər də var. Məsələn, Samir İbadov adlı göz həkimi ilk gedənlərdəndir. İndi Masallıdakı göz institutunda işləyir. Daha sonra isə Fariz Sadıqov adlı göz həkimi Afrikaya yollanıb. Onlardan sonra mən getmişəm.

– Afrikada, yəqin ki, dramatik səhnələrə şahidlik etmisiniz…

Ora elə bir yerdir ki, hər anı dramatik səhnələrlə doludur. Xüsusilə quraqlıq dövründə, yeməyə ərzaq, içməyə su, bir yerləri ağrıyanda həkim, dərman, heç nə tapmırlar. Ölümlə hər an burun-burunadırlar. Məsələn, ana 5 aylıq uşağını gətirib, həkimlər soruşur ki, axırıncı dəfə nə vaxt yemək yeyib, deyir ki, bir gün əvvəl. “Nə yeyib” deyə soruşanda isə limon suyu cavabını verdi. Bu çox dəhşətlidir.

18.jpg (82 KB)

– Orada gördüklərinizdən nəyi unutmayacağınızı düşünürsünüz?

Yəqin ki, 25 yaşlı Xədicənin ilk dəfə uşaqlarının üzünü görərkən verdiyi reaksiyanı. 25 ildir ki, dünya işığına həsrət qalması bir tərəfə, uşaqlarının üzünü ilk dəfə görürdü. Bəlkə də o anı heç zaman unutmayacam.

22.jpg (42 KB)

– Sizin üçün tez-tez mühit dəyişmək, o şəraitə adaptasiya olmaq çətin olmur ki?

Havanı, mühiti dəyişirsən deyə, bədən tez adaptasiya ola bilmir. Hələ bir də Afrikanın yandırıcı istiləri, quraqlıq və saysız xəstəliklər. Mən özüm ora ilk dəfə getmişdim, bir gün səhərədən axşama qədər yatmışam. Çoxlu su itimişdim deyə halsız idim. Orada malyariyaya yoluxmaq an məsələsidir. Təbi ki, dərhal olunan müdaxilələr nəticəsində tez sağalırıq. Amma vəziyyət çox çətindir.

19.jpg (142 KB)

– Bəs ailənizin buna münasibəti necədir?

Bu çətinlikdə mənə ən böyük dəstəyi ailəm verib. Onlara hər şey üçün minnətdaram. Məni heç zaman tək qoymayıblar. Onların sevgisi, güvəni, dəstəyi məni yüksəyə qaldırır.

– Bu proqrama seçilmək üçün mövcud kriteriyalar var?

Proqrama qoşulmaq üçün şərt deyil ki, həkim olasan. Tamam başqa peşənin sahibləri də gedə bilər. Lakin ora sırf həkim kimi getmək istəyirsənsə, lazım olan şərtlərə cavab verməlisən. İlk olaraq həkim kimi ali təhsilli olmalısan, daha sonra əməliyyat və xəstəyə baxmaq təcrübən olmalıdır. Çünki orada çox ağır xəstəliyi olan insanlar var. Dünyanın müxtəlif ölkələrinə Afrikaya dəstək proqramı çərçivəsindən müxtəlif peşə sahiblərindən olan insanlar gəlir.

 

 

Məleykə Ağasoy

21.jpg (139 KB)

20.jpg (115 KB)

17.jpg (102 KB)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir