Artıq fəslinin astanasındayıq. Günlər keçdikcə havalar da dəyişməkdədir. Mövsüm dəyişdiyi ərəfədə ev dekorasiyasında da dəyişiklik etmək tövsiyə olunur. Beləliklə, “Gencaile.az” saytının “Evin işi” rubrikasında evinizi payıza hazırlamaq üçün 5 məsləhət təqdim edirik.
Yay dekorasiyasında mavi və bəyaz kimi açıq rənglər istifadə olunurdusa, payız aylarında qırımızı, narıncı və qəhvəyinin müxtəlif tonları hakimdir.
Süfrə və mətbəx payızda əsas yer tutur. Bu da o deməkdir ki, masaları da bəzəksiz qoymaq olmaz. Odur ki, masanın üzərinə quru meyvələr, yarpaq və çiçəklər, o cümlədən səbətdə və ya qabda mövsüm meyvələri qoyun. Arzu edənlər qurudulmuş yarpaq və budaqların yanında şam qozalarından da istifadə edə bilər.
Süfrələri, pərdələri, yastıqları kirəmit rəngində, qəhvəyi tonlarında seçin. Qəhvəyi tonları solğun yaşıl rəngli vaza və mebellərlə tamamlayın.
Fəslin romantik mühitini evinizdə hiss etmək üçün saralmış yarpaqlardan kiçik dekorativ əşyalar hazırlaya bilər və ya daha asan üsula əl atıb güldana gül əvəzinə yarpaq qoya bilərsiniz.
Soyuq havalarda istifadə etdiyiniz,yataq örtükləri və istilik aparatlarını çıxarın. Çünki havaların get-gedə soyuması ilə onlara ehtiyacınız olacaq.
Hazırladı: FATEH