qoz

Payızda arıqlamaq üçün 6 qida

Baxış sayı: 1. 415

Balqabaq arıqlamağa kömək edir

Balqabaq olduqca aşağı kalorili bir qidadır. Ancaq balqabağı şirin halda çox yedikdə eyni vəziyyət doğru olmaya bilər. Şirniyyat olaraq yeməkdənsə, salatlarınızı balqabaq ilə bəzəyə və ya tərəvəzli yeməklərə püre halında əlavə edə bilərsiniz.

 

Darçın mükəmməl bir payız ləzzətidir

Darçın eyni zamanda gərəksiz aclıq hissinin də qarşısını alır. İsveçdə aparılan bir araşdırmaya əsasən, yeməklərə darçın əlavə etmək həzmi rahatlaşdıraraq uzun müddət tox saxlaya bilir. Həmçinin, darçın qan şəkərinin səviyyəsini lazımi səviyyədə saxlayır.

 

Gül kələmi

Əslində bir çox insan gül kələmini qoxusu səbəbindən sevmir. Halbuki, gül kələmin həm qoxusunu almaq üçün, həm də daha ləzzətli bir hala gətirmək üçün bir çox üsul var. Arıqlama hədəfləriniz üçün ideal bir qidadır. Gül kələm ən ləzzətli halına da payızda çatır.

 

Qara çay

Qara çay da yaşıl çay kimi arıqlamaq üçün faydalı bir içkidir. Tərkibindəki kafein metabolizmi dəstəkləyir. Əgər şəkərsiz içsəniz, kalori olaraq da minimum səviyyədə olan bir içki içmiş olacaqsınız.

 

Alma

Orta boy bir alma 100 kaloriyə yaxın enerjini özündə cəmləşdirir. Ancaq alma bədənə əlavə şəkər yükləməkdənsə, gündəlik lif ehtiyacınızın 20%-ni qarşılayır. Bu liflər bəzən həzmi yavaşladır. Faydalı mədə bakteriyalarını da dəstəkləyir. Bu da arıq qalmağınız üçün vacib bir faktordur.

 

Qoz

İspaniyada aparılan bir araşdırmaya əsasən, qozdan gündə bir ovuc yemək aşağı yağ səviyyələrinə sahib olmağınızı təmin edə bilər. Qoz doyma hissi verən və qan şəkərini nizama salan, yəni tox saxlayan faydalı yağları özündə cəmləşdirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir