xestelik

Menopauza dövründə yaranan patologiyaların səbəbləri

Baxış sayı: 1. 535
Postmenopauzada qanlı ifrazat bir neçə səbəbdən görünə bilər. Menopauza dövründə orqanizimdə gedən hormonal dəyişikliklərlə bağlı olaraq uşaqlıq yolu divarlarında quruluq müşahidə olunur. Buna görə də uşaqlıq yolu divarları hər hansı bir travmaya qarşı daha həssas olur. Bu zaman sadədən mürəkkəbə prinsipini əsas tutaraq ilk növbədə travma amilini istisna etmək lazımdır. Qanlı ifrazatın digər səbəbi isə uşaqlıq boynu xəstəlikləri yaxud uşaqlıq boynunda müşahidə olunan törəmələr ola bilər ki, bunlar da uşaqlıq boynu eroziv prossesleri, uşaqlıq boynu polipləridir.
Mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru Vəfa Hüseynzadə deyir ki, endometriumun polipləri, endometriumun digər hiperplastik prossesləri və submukoz düyünlər də qanlı ifrazatın səbəblərindən ola bilər: “Lakin, menopauza dövründə qanlı ifrazatın görünməsi təhlükəli bədxassəli xəstəliklərin simptomu kimi özünü göstərə bilər. Buna görə də qanlı ifrazat görüldüyü zaman təxirə salmadan ginekoloqa müraciət olunmalıdır və tam müayinə aparılmalıdır. Endometriumun və uşaqliq boynunun onkoloji xəstəliklərinin diaqnostikası çox asanlıqla aparılır. Bunu üçün xəstə ilk növbədə güzgülərlə müayinə, daha sonra kolposkopik müayinədən keçirilir, kolpofotogramma çəkilir. Lazım olduğu təqdirdə isə uşaqlıq boynundan PAP test (PAP Smear) götürülür. Bu müayinələrin cavabı əsasında uşaqliq boynundan biopsiyası aparıla, uşaqliq boynundan və servikal kanaldan qaşıntı materialları götürülüb histoloji müayinəyə göndərilə bilər. Postmenopauzada olan qadınlarda qanlı ifrazatın görünməsi reproduktiv dövrdə olan cavan qadınlarda müşahidə olunan qanlı ifrazatlardan fərqli olaraq daha ciddi səbəblərə söykənə bilər. Odur ki, bu cür vəziyyətlər istər qadınlar istərsə də həkim ginekoloqlardan daha diqqətli və ehtiyatlı olmağı tələb edir”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir