kosmos

Kosmosun sevimli qonaqları – Test üçün oraya gedib adını tarixə yazdıran heyvanlar – FOTOLAR

Baxış sayı: 1. 335

Tarixdə test üçün kosmosa göndərilən bir çox heyvan olub. Lakin bunlardan bir çoxu mənzil başına çatmadan ölüb. Lakin bununla yanaşı həyatda qalmağı bacaran heyvanlar da olub. Bu yazıda sizə tarixin maraqlı səhifələrindən kosmosa gedib dünya şöhrəti qazanan heyvanlar haqqında məlumatları təqdim edirik.

 

1. Meyvə milçəyi

Kosmosa ilk gedən heyvan meyvə milçəyi olub. Bu heyvan 1947-ci ildə yerin atmosfer təbəqəsindən 100 km uzaqlaşaraq ölmədən geri dönməyi bacarıb.

Картинки по запросу Uzayın En Sevimli Misafirleri! Test Amaçlı Uzaya Gidip Tarihe Adını Yazdırmış 15 Astronot Hayvan

 

2. Hindistan meymunu

Albert adlı bu heyvan kosmosa gedən ilk meymundur. 1949-cu ildə baş tutan uçuşda 134 km yol qət edən meymun yerə eniş zamanı ölüb.

Картинки по запросу Uzayın En Sevimli Misafirleri! Test Amaçlı Uzaya Gidip Tarihe Adını Yazdırmış 15 Astronot Hayvan

 

3. Layka

Layka Yerətrafı orbitə çıxan ilk it olaraq tarixə düşüb və sovet kosmos iti olaraq da xatırlanır. O, 1957-ci il noyabrın 3-də “Sputnik 2” adı altında kosmosa göndərilən R-7 raketinin üzvü kimi seçilib. Uçu. zamanı Layka yolda ölüb.

Картинки по запросу Uzayın En Sevimli Misafirleri! Test Amaçlı Uzaya Gidip Tarihe Adını Yazdırmış 15 Astronot Hayvan

 

Sincab Gord

1958-ci ildə adı Gord olan balaca sincab kosmosa göndərilib. Uçuş sırasında sincabdan alınan nümunələrə görə, bu heyvanın inanılmaz bir dayanıqlığa sahib olduğu aşkar edilib. Lakin bu heyvan da adi paraşüt xətası üzündən eniş zamanı ölüb.

Картинки по запросу Uzayın En Sevimli Misafirleri! Test Amaçlı Uzaya Gidip Tarihe Adını Yazdırmış 15 Astronot Hayvan

 

Beyker

1959-cu ildə kosmosa sağ gedib salamat gələn ilk meymun Beykerin diplomu da var. Normal yer çəkimi gücünün 38 qat artığına tab gətirən bu heyvan mütəxəssisləri heyrətlər içində qoymuşdu.

undefined

 

Belka və Strelka

Belka və Strelka adlı itlər də Yer ətrafında dövrə vurub sağ dönən heyvanlar sırasındadır. 212 km yol qət edən bu itlər SSRİ tərəfindən göndərilmişdi.

Картинки по запросу Belka və Strelka uzay

 

Feliks

1963-cü ildə kosmosa ilk dəfə olaraq bir pişik göndərildi. Feliks adlı bu pişik sağ olaraq geri döndü və həmin dövrün ən məşhur pişiyinə çevrildi. Fransa hökuməti bu pişiyi yoldan tutaraq kosmosa yollamışdı.

Картинки по запросу felix kedi uzay

 

Veterok və Uqolyok

Veterok və Uqolyok adlı bu iki it tarixdə kosmosda iki gün qalıb rekord qırmışdırlar. Bu itlərin 1966-cı ildə qırdıqları rekordu düz 8 il sonra insanlar tərəfindən təzələmək mümkün olub.

Похожее изображение

 

Su ayıları

Ərincəklilər və ya kiçik su ayıları suda yaşayan, 8 ayağı olan mikroskopik canlıdır. 2007-ci ildə kosmosa göndərilən bu canlılar öldürücü şüalara baxmayaraq orada 10 gün sağ qalıb. Bu canlılar -272°C şaxtadan +151°C istiyədək temperaturlarda yaşaya və illərlə susuz qala bilirlər.

Картинки по запросу su ayısı

 

Soxulcanlar

NASA 1966-cı ildə kosmosa yüzlərlə soxulcan yollamışdı. Sonradan aparılan araşdırmalar zamanı soxulcanların həmin mühitin şərtlərinə uyğunlaşdığı və orada törəməyə başladıqları məlum olub.

 

 

Turan Oruc




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir