qab yumaq

Qab yumaq ömrü uzadırmış – ARAŞDIRMA

Baxış sayı: 1. 183

Amerikanın səhiyyə araşdırmaçıları qab yumağın insanın uzun həyat yaşamasına müsbət istiqamətdə təsir etdiyini açıqlayıblar. Amerikalı mütəxəssislərin apardığı araşdırma “Journal of the American Geriatrics Society” jurnalında yayımlanıb. Araşdırma çərçivəsində yaşı 65-dən yuxarı olan 6 min qadının bir həftə boyunca evdəki fiziki aktivliyi təqib edilib.

Buna görə gün ərzində ən az yarım saatını bir ev işinə ayıran insanların ölüm faizinin yüzdə 12 daha az olduğu ortaya çıxıb. Fiziki aktivliyin müddəti 1 saat olanda isə ölüm faizinin 39 faiz azaldığı ortaya çıxıb. Araşdırmada yer alan heyətdən Andrea Lacroix bildirib ki, fiziki aktiv hərəkətlər qadınlarda ölüm riskini azaldır. Yəni bu vaxta qədər yaşlı qadın qohumlarımıza boş yerə yüklənib, onları işdən-gücdən çəkindirdiyimiz ortaya çıxıb. Belə ki, bu qədər fiziki iş onların ömrünü uzadırmış.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir