derman

Qrip olmamaq üçün bundan hazırlayın – TƏBİİ DƏRMAN

Baxış sayı: 1. 504

Havalar soyuduğu üçün qrip, virus epidemiyaları artır. Xəstələnməmək üçün immun sistemini möhkəmləndirmək vacibdir.

“Gencaile.az” Türkiyə mediasına istinadla immunitet sisteminizi gücləndirəcək möcüzəvi qarışığının hazırlanmasını təqdim edir.

Qarışıq üçün soğanı halqa şəklində doğrayıb şüşə qabın içinə qoyun. Üzərinə bir yemək qaşığı bal əlavə edib qabın ağzını bağlayın. Qarışığı 3 saat saxlayın. Bu formada soğan suyunu atmağa başlayacaq və balla qarışacaq. Hazırladığımız ballı soğan qarışığının antibakterial xüsusiyyəti var. Bu qarışıq immun sistemini gücləndirir, öskürəyi kəsir. Uşaqlar üçün yeməkdən sonra gündə 3 dəfə bir çay qaşığı, böyüklərə isə gündə 3 dəfə bir yemək qaşığı yemək tövsiyə edilir.

İstənilən halda həkimlə məsləhətləşmək lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir