USAQ

Əgər uşaq iki dil bilirsə… – ARAŞDIRMA

Baxış sayı: 1. 866

Alimlər müəyyən ediblər ki, iki dil bilən uşaqlar dünyanı fərqli şəkildə qavrayılar. Belə uşaqlar bir çox stereotiplərdən uzaqdırlar və mümkün qədər çox şey öyrənmək istəyirlər. Kanadanın Konkordiya Universitetinin mütəxəssisləri 5 və 6 yaşlı uşaqlar arasında eksperiment keçiriblər. Araşdırmada müxtəlif ölkələrdən olan 48 uşaq iştirak edib. Onların bəziləri yalnız bir dildə danışdıqları halda digərləri iki dil biliblər. Araşdırmanı aparan alimlər uşaqlara müxtəlif suallar veriblər. Məlum olub ki, uşaq yaşlarından fərqli dillər öyrənməklə uşaqlarda müəyyən baxışlar formalaşır.

Onların həyat haqqında düşüncələri sağlam olur, dünyanı bir dil bilən uşaqlardan daha yüksək səviyyədə qəbul edir və anlayırlar.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir