usaq-siqaret

“Sən bunu bacarmırsan, kişi deyilsən” – VALİDEYNLƏR, OXUYUN!

Baxış sayı: 1. 479

“Valideynlər çox vaxt övladlarının pis vərdişlərin aludəçisinə çevrilməsinin əsas səbəbkarıdır”  Bu sözləri “valdeyin-övlad münasibətlərindən danışarkən psixoloq Aytən Ələkbərova söylədi. Onun qənaətincə, valdeynlər bəzən övladlarına yersiz qadağalar qoyur, bəzən də yersiz icazələr verir:

“Bu yersiz icazələr qız uşaqlarımıza vaxtından əvvəl makyajdan itifadəsinə icazə verməyimiz, oğlanlarımıza uşaq yaşlarından müəyyən pis vərdişlərə meyl etməsində yardımçı olmağımızdı. Bunların sonrasında isə heç vaxt ürəkaçan mənzərə ilə qarşılaşmırıq. Düzdü, dəfələrlə deyirik ki, ilkin yaş dövründə qızlarımız, oğlanlarımız özlərini təsdiq etməlidir. Məsələn, qızlarımızda qız ləvazimatlarına, ananın paltarına, ayaqqablarına maraq göstərəndə bilirsən ki,bu uşaq öz cinsinə uyğun normal inkişaf edir. Bundan başqa oğlanlarımızın kiçik yaşlarından atası ilə qədəh vurması uşaqda erkən yaşlardan zərərli vərdişlərə meylini artırır.

Daha sonra isə bunun qarşısını ala bilmirik. 7-8-ci sinif uşaqları birlikdə müəyyən bir tədbir keçirəndə görürük ki, spirtli içkilərdən istifadə edirlər. Hətta bu yola marağı olmayan uşaqlarara da təsir edirlər ki, “sən bunu bacarmırsan, kişi deyilsən, mən atamla bunu dəfələrlə bacarmışam”. Belə etməklə də uşaqlar müəyyən bir yaş dövüründə zərərli vasitələrin aludəçisinə çevrilirlər. Bunun da başlanığıc nöqtəsində uşaqların ailələri durur. Məsələn, qızlarımızın dəfələrlə qəlyan çəkdiyini görmüşük. Onlara bunu zərərli olduğunu deyəndə “bu meyvəlidir, zərəri yoxdur” şəkilində cavablar qaytarırlar. Amma onun kökünün tütün olduğuna əhəmiyyət vermirlər. Bəlkə, bu fikirlərimə görə, gənclər məni “top atəşi”nə tutacaq. Amma belə davranışlar yaşlılar, böyüklər tərəfindən normal qəbul edilmir. Artıq uşaqları yaşca kiçik olan valideynlər gileylənirlər ki, “biz gələcəkdə oğlumuza kimi gəlin edəcəyik və ya qızımızı kimə ərə verəcək”. Çünki ətrafdakı gənclərimizin davranışlarını, fikirlərini yaşlı nəsillər normal qəbul edə bilmir. Get-gedə də bunların sayı kəskin artır”.

 

Əksər gəncin enerji içkilərindən istifadə etdiyini diqqətə çatdıran psixoloq vurğulayıb ki, həmin içkilərin tərkibi hamımıza məlumdur:

“Öncəki illərlə müqayisədə indi sonsuzluğun sayı kəskin artıb. Hamı sanki, süni mayalanmaya doğru qaçır. Təbii yolla uşaq dünyaya gətirən insanların sayı azalır. Bunların da hamısının kökündə həmin zərərli vasitələr dayanır. Təsəvvür edin ki, bir ata oğlu ilə spirtli içki dolu qədəhi bir-birinə vurmaqdan fəxr edir. Amma onlar belə addımlar atmaqla sonradan çox böyük bəlalarla qarşılaşırlar. Bir müddətdən sonra valideynlər atanın, ananın yanında siqaretdən istifadə edən uşaqlar görür. Hətta onlar “neynəyək əsəbidir, siqaretlə əsəbini sakitləşdirir. Təki övladıma heçnə olmasın” deyirlər. Amma düşünmürük ki, biz bunlarla gələcəkdə övladlarımıza ağ ciyər problemi yaradırıq.

Bunlar da psixoloji cəhətdən ilkin olaraq ətrafdakılara təsir göstərir. Biz heç vaxt evin içindəkiləri görə bilmirik. Evimizin içini aydın görən müəllimlərimiz və qonşularımızdır. Məhz onlar uşaqlarımızın gələcəyinin hansı tərəfə yönləndiyini aydın müşahidə edirlər. Və bununla əlaqədar bizə irad tutanda onlara təşəkkür etməliyik. Ümumuiyyətlə, insanlar onlara irad tutanlara minnətdar olmalıdır. Çünki onlar bizə bununla köməklik edir. Beləliklə də əvvəlki səhvimizi sonda nisbətən də olsa, düzəltmiş oluruq”.

 

Kənan Eynuroğlu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir