usaqlar

Cinsi tərbiyə neçə yaşdan və hansı şəkildə verilməlidir?

Baxış sayı: 1. 704

Cinsi tərbiyə uşaqların ümumi tərbiyəsinin ayrılmaz hissəsi olub, uşaq böyüyüb yetkin, müstəqil şəxsiyyətə çevrilənədək davam edir. Uşağa həm ümumi, həm də cinsi tərbiyə verilməsinə erkən yaşlarından başlamaq lazımdır.

Bu halda bir çox valideynlərin əhəmiyyət vermədiyi ən cüzi detallar belə, mühüm əhəmiyyət kəsb edə bilər. Cinsi tərbiyə ümumi olaraq uşaq tərbiyəsinin ayrılmaz hətta ən önəmli hissəsidir.

 

Bəs cinsi tərbiyə neçə yaşdan və hansı şəkildə verilməlidir?

"Bədənin yalnız sənə aiddir, heç kim toxuna bilməz" - Mütəxəssislər uşaqların cinsi tərbiyəsindən DANIŞDI

Pedaqoq Lalə Məhərrəmli deyir ki, əvvəlcə valideynlər özləri bu mövzuya hazırlıqlı olmalıdırlar. Bu mövzuda kitablar oxumalı, maariflənməli və uşağa doğru yanaşma üsullarından xəbərdar olmalıdırlar: “Uşaq doğulduğu gündən etibarən ailə üzvləri onunla təmas qurarkən dillərini icazə almağa öyrəşdirsələr ( uşaq bunu anlamasa da) irəlidə məhrəmiyyət anlayışını uşağa aşılamaq daha da asanlaşacaq. Məsələn: icazənlə səni öpmək istəyirəm, icazənlə bezini dəyişmək istəyirəm və s. Cinsi tərbiyə uşağa özlərini ana və atadan ayrı bir fərd kimi hiss etməyə başladıqlarında. Bu isə adətən 2 yaşına təsadüf edir. Uşaqlar həyatlarının ilk 2 ilində özlərini ayrı bir fərd olaraq yox ananın bir parçası olaraq görürlər. Təxminən 2 yaşdan başlayaraq artıq ayrı bir fərd olduqlarını anlamağa və qəbul etməyə başlayırlar. Elə buna görədir ki, bir çox valideynlər ən çox uşağın bu yaş dönəminin çətin keçdiyini deyirlər. Bu dönəmdə atılmalı ilk addım doğru və təhlükəsiz sərhədlər daxilində uşağa ifadə və seçim azadlığı verməkdir. 3-4 yaşından etibarən uşağa aydın şəkildə “bədənin yalnız sənə aiddir və sən icazə vermədikcə heç kim toxuna bilməz” mesajı ötürülməlidir. Öpərkən icazə alınmalı və başqasını öpməsi üçün, ictimai nəqliyyətda əsla yad şəxslərin qucağında oturması üçün məcbur edilməməlidir. Uşağa “yox” deməyi öyrətməq mütləqdir. Əsla cinsi orqanları ilə zarafat etməməli, müxtəlif adlar qoşulmamalıdır. Bu yaşdan etibarən uşaqlarda artıq cinsəl mövzularda müxtəlif suallar yaranmağa başlayır”.

 

Suallara cavab verərkən hansı məqamlara diqqət edilməlidir?

L. Məhərrəmlinin sözlərinə görə, sual kimə ünvanlanıbsa (ata və ya ana) mütləq sualı həmin şəxs cavablandırmalıdır. Uşağın sualına qısa və dəqiq cavab verilməli, uzun izahdan qaçılmalıdır: “Şəxsi bölgələri haqqında danışarkən “ayıb”, “pis” ifadələri işlədilməməlidir. Şəxsi və ya məhrəm bölgə deyilməsi kifayətdir. Uşağın suallarına cavab verərkən utanmaq, gözlərini qaçırmaq, başdan getdi cavab vermək və ya bilmirəm demək onda daha dərin şübhələr oyadar və bu daha təhlükəli hala çevrilə bilər”.

Mütəxəssis vurğulayır ki, cinsi istismarların artdığı zamanda uşağı bu təhlükələrdən qorumaq üçün mütləq məhrəmiyyət anlayışı və cinsi tərbiyə aşılanmalıdır. Təhlükələrdən qorumaq üçün onunla bu mövzuları müzakirə edərkən ehtiyatlı olmalı və seçilən cümlələrə diqqət edilməlidir: “Uşaqla söhbət edərkən əvvəl bu şəkildə başlamaq olar. Sonra bu mövzunu fərqli yollarla, onu narahat etmədən və insanlara güvən duyğusunu zədələmədən təkrar etmək lazımdır.

“Əziz balam, insanlar bir -birlərinə bəzən toxunurlar. Məsələn salam verəndə, dalaşanda, qucaqlaşanda. ( danışarkən mütləq hərəkətlərinizlə göstərin. Sanki səhnələşdirirsiniz). Amma toxunuşlar iki cür olur. Pis və yaxşı. Yaxşı toxunuş ananın sığallamağı, atanın qucaqlamağı, dostların salamlaşmağı və s. Onlar görürsən bizə necə xoş təsir edir? Heç narahat olmuruq. Amma pis toxunuşlar belə deyil. Onlar bizi narahat edir və xoşumuza gəlmir. Pis toxunuşdan danışmamışdan əvvəl gəl sənə kiçik bir məsələni xatırladım. Bax sənin çantan var və ya mənim. Onun içində özəl, şəxsi əşyalarımız olur. Biz istəmərik ki, onlara bizdən icazəsiz baxsınlar. Eyni bunun kimi bizim bədənimizdə də şəxsi hissələrimiz var. Və heç kəsin icazəsiz bu özəl bədən üzvlərimizə toxunmasına icazə verməməliyik. Mütləq əlinizlə göstərin, o da təkrar etsin. Bunlara heç kim icazəniz olmadan toxuna bilməz. Yalnız valideynlərin görə, əgər ehtiyac varsa toxuna bilər və təbii ki, bir də həkim. O da yalnız valideynlərin yanındaykən. Əgər kimsə bu qaydanı pozur, sənin özəl hissələrinə toxunur, çox yaxınlaşır və ya sürtünürsə bu pis toxunuşdur və qətiyyən doğru deyil. Buna icazə vermə, etiraz et, qışqır. Və s. Uşağın yaşına və xarakterinə uyğun əlavələr edin və daha ətraflı izah verin. Yad adamlardan, tənhalıq yerlərdən uzaq durmağı tapşırın”.

 

Valideynlər bəzi seksual məsələlərdə böyük səhvlərə yol verirlər

Psixoloq Sevinc Baxışova isə qeyd edir ki, valideynlər uşaqlar ilə ümumi dil tapsalar da yeniyetmə yaşlarında olan oğlanlar da bəzi seksual məsələlərdə onlar böyük səhvlərə yol verirlər: “Bunlardan ən cox təsadüf olunanı valideynlərin və müəllimlərin təsadüf etdiyi masturbasiyadır. Oğlanların “bu işlə” məşğul olduğunu bildikdə, xüsusən analar cox həyacanlanırlar. Bu vəziyyətdə adətən istər fizioloji, istərsə dəpsixoloji sferada elə bir gərginlik yaranir ki, gəncin şüuru qeyri- ixtiyari olaraq yalnız bir istiqamətdə işləyir. Cinsi əlaqə istəyi gəncin özüüçün uydurduğu xəyal, fikir, fantaziyalar nəticəsində formalaşır. Bu mövzuda oğlanlar qızlara nisbətən daha çox inkişaf etmiş olurlar. Buna görə dəvalideyinlər belə uşaqları müəyyənbir maraqlı fiziki və ya əqli işlə, idmanın bir növü ilə maraqlandırmalı, onu yaxşı işgüzar həmyaşıdları ilə yoldaşlığa, dostluğa təhrik etməlidirlər. Unutmaq olmaz ki, elə yeniyetmələrdə iradə zəif olduğundan onaniz istəyi onun verdiyi vədə üstün gələcəkdir. Burada yalnız valideyinlərin sakit, inandırıcı söhbəti və məsləhətləri. eləcə də oglan övladların məsləhətləri anlayıb qəbul etməsi müəyyən rol oynayır”. (Xeberle.com)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir