Dünya prezidentlərinin öz həmkarları üçün hədiyyə seçiminə təəccüblənməmək olmur. İndiyə qədər nüxtəlif ölkə rəhbərlərinin həmkarlarına verdiyi qeyri-adi hədiyyələr haqqında az eşitməmişik. Bu yazıda da prezidentlərin heyrətamiz hədiyyələrini diqqətinizə çatdıracağıq.
1990-cı ildə ABŞ prezidenti ata Corc Buşa İndoneziya prezidentinə “Komod əjdahası” adlanan nəhəng kərtənkələ hədiyyə etmişdi. Buş onu Tsintsinattidəki zooparka təhvil vermişdi. Bu əjdaha 2004-cü ildə ölsə də özündən sonra Amerika üçün 32 əjdaha qoyub getmişdi.
2003-cü ildə Argentina prezidenti Nestor Kişner oğul Corc Buşa 135 kq quzu əti hədiyyə etmişdi. Buş 2008-ci ildə Tanzaniya liderindən şir və bəbir müqəvvası hədiyyə almışdı.
ABŞ qanunlarına görə prezident 390 dollardan baha hədiyyə qəbul etməməlidir. Çox bahalı hədiyyələr verildikdə prezidentlər onları Milli arxivə təqdim etməlidirlər. Məsələn ərəb şahzadəsi Məhəmməd Beq Naif sabiq prezident Barak Obamaya üstü almaz qaşlarla bəzədilmiş bir metrlik qızıl xəncər bağışlamışdı. Xəncərin qiyməti 87900 dollar civarında idi.
Barak Obamanın aldığı daha bir maraqlı hədiyyə Britaniyanın baş naziri Devid Kameronun verdiyi üstü ABŞ və Britaniya bayraqları ilə bəzədilmiş pinq-ponq masası idi.
Avstraliya rəhbəri isə 2011-ci ildə timsah hücumundan sığorta kağızını hədiyyə olaraq Obamaya təqdim etmişdi. Yəni Obamanı timsah yesəydi, arvadı Mişel 37,5 min dollar sığorta pulu alacaqdı.