qan

Analizlərin düzgün verilməsi qaydaları

Baxış sayı: 1. 304

Bir çox xəstəliklərin və pozulmaların diaqnostikası zamanı müxtəlif analizlərdən istifadə olunur. Analizlərin düzgün nəticələri onların düzgün yığılmasından və verilməsindən asılıdır. Analizlərin düzgün verilməsi qaydalarını təqdim edirik.

 

Qan analizi

Əksər hallarda qan acqarına götürülür. Bu o deməkdir ki, son qida qəbulundan əz azı 8 saat (idealda 12 saatdan az olmayaraq) keçməlidir. Şirə, çay, qəhvə qəbul etmək olmaz, su içmək olar.

Analizdən 1-2 gün əvvəl rasiondan spirtli içkilər çıxarılmalıdır. Analiz verməkdən əvvəl siqaret çəkmək, ağır fizki iş görmək, idmanla və bədən tərbiyəsi ilə məşğul olmaq olmaz. Qan analizini verməkdən əvvəl rentgen və USM, fizioterapiya, massaj prosedurlarından keçmək olmaz. Bütün bunlar analizin nəticələrinə təsir edə bilər.

Qanda hormonların səviyyəsini yoxlamaq üçün qan analizi səhər saatlarında acqarına verilir. Qadınlarda belə analilər menstrual dövrünün müəyyən günlərində verilir:

LH, FSH – menstrual dövrünün 3-5 günləri

Estradiol – 5-7 və ya 21-23 günlər

Proqesteron – 21-23 günlər

Prolaktin, DQA-sulfat, testosteron – 7-9 günlər

İnsulin yalnız səhər saatlarında acqarına verilir (çay, qəhvə, saqqız olmaz, yalnız su içmək olar). Qalxanvari vəzi hormonları və insulin menstrual dövrünün günündən asılı olmayaraq verilir.

 

Sidik analizi

Ümumi sidik analizi üçün ilk səhər sidik istifadə olunur. Sidik yığmaqdan əvvəl xarici cinsiyyət üzvləri su ilə yaxşı yuyulmalıdır. İlk bir neçə millilitr sidik unutaza tökülməli, daha sonra sidik apteklərdə satılan xüsusi steril konteynerə yığılmalıdır. Sidik yığıldıqdan 2 saat gec olmayaraq laboratoriyaya analiz üçün çatdırılmalıdır.

 

Nəcis analizi

Nəcis (2-4 qr) xüsusi apteklərdə satılan steril konteynerə yığılır və həmin gün laboratoriyaya çatdırılır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir