Yeni ili qarşılamağımıza az qalıb. Bir çox insanlarda “Yeni ili harada, necə keçirək, nə hədiyyə alaq” kimi düşüncələr var. Yeni ilə sevginizi paylaşaraq girmək istəyirsiniz, amma sevdiklərinizə nə hədiyyə alacağınıza qərar verə bilmirsiniz? Elə isə yeni ildə sevdiklərinizə ala biləcəyiniz hədiyyələri təqdim edirik:
Qızıl boyunbağı
Sevdiklərinizə qızıl üzük, klon və boyunbağı ilə sürpriz edə bilərsiniz.
Qış geyimləri
Qış mövsümü olduğu üçün Yeni il hədiyyəsi olaraq dəri əlcək, şərf, papaq kimi aksesuarları hədiyyə etmək düzgün seçim olar.
Şirniyyat
Şokolad və şirniyyata “yox” deyən insan az tapılar. Yeni ildə gözəl şokoladlar seçib bir qutuda yerləşdirərək sevdiklərinizə verə bilərsiniz.
Kitab və gündəlik
Büdcənizə zərər vermədən ala biləcəyiniz hədiyyələr sırasındadır. Əgər oxumağı və yazmağı sevən bir tanışınız varsa, bu hədiyyələr onlara uyğundur.
Ətir
Hər bir insan ətri sevir. Ətir yaxşı hədiyyə ideyalarından biridir. Ailənizə, yaxınlarınıza, sevgilinizə ətir vermək gözəl hədiyyə ola bilər.
Çərçivə və fotoalbom
Bu iki hədiyyə həm ucuzdur, həm də sevdiklərinizi sevindirə bilər. Əgər az da olsa, əl bacarığınız varsa, bu hədiyyələri özünüz hazırlaya bilərsiniz.
Pul qabı və pul qutusu
Sevdiklərinizə bu cür hədiyyə vermək pis olmaz. Hər kəs pul qutusu görən kimi pul yığmaq həvəsinə düşür. Odur ki, sevdiklərinizi belə kiçik bir hədiyyə ilə sevindirə bilərsiniz.