Sam qozasi

Şam qozasının bilinməyən FAYDALARI

Baxış sayı: 2. 526

Şam qozasının bir sıra xəstəliklərin müalicəsində effektli təsir göstərir. Lakin onun faydalarını çox az adam bilir. Şam qozasından sadəcə bəzək üçün deyil, sağlamlığınız üçün də istifadə etmək olar.

 

Bronxit və astmanın şəfa mənbəyi

Şam qozasının bilinməyən FAYDALARI

Şam qozası suyu tənəffüs yolları xəstəliklərində müsbət təsir edir. Öskürək, bəlğəm, bronxit kimi xəstəliklərin müalicəsində şəfa mənbəyi kimi taınır.

 

Ağciyərləri təmizləyir!

Şam qozası ağciyərlərin təmizlənməsinə yardım edir. Bədəni ehtiyacı olan lazımi minerallarla təmin edir, ağciyər xəstəliklərinə səbəb olan siqaretin daimi zərərlərini azaldır.

 

Qrip və soyuqdəymənin qarşısını alır!

Şam qozasının bilinməyən FAYDALARI

Bir çox mütəxəssis tərəfindən aparılan araşdırmalarda məlum olub ki, şam qozasının çayı və yağı orqanizmi bütün qış boyu xəstəliklərdən müdafiə edir.

İmmuniteti möhkəmləndirən şam qozasının tərkibi nadir və xüsusi komponentlərə, xüsusilə fitonsid maddələrlə olduqca zəngindir. Bu maddələr orqanizmə güclü iltihab və mikrob əleyhinə təsir edir, immun sistemini gücləndirir.

 

Beyin hüceyrələrinin ölməsini xeyli ləngidir

Bundan əlavə şam ağacının qozalarında çox nadir və qiymətli tanin maddələri var. Bu maddələr insult zamanı beyin hüceyrələrinin ölməsini xeyli ləngidir. Şam qozalarının bu nadir xüsusiyyətini amerikalı alimləri aşkar edib. İnsult zamanı və insultdan sonra insanın beynində hüceyrələr çox sürətlə ölür ki, bu da müxtəlif və çox ciddi pozulmalara səbəb olur. Belə ki, statistikaya görə, insult keçirmiş insanların 1/3 hissəsi ölür, 1/3 hissəsi əlil qalır və ətrafdakıların daimi köməyinə möhtac olur, digərlərində müxtəlif nitq, yaddaş və s. ciddi pozulmalar inkişaf edir.

 

Şam qozası necə dəmlənir?

Şam qozasının bilinməyən FAYDALARI

5 ədəd şam qozası (yaşıl halda) doğranır, daha sonra içi su ilə dolu geniş kasaya qoyulur. 24 saata yaxın saxlanıldıqdan sonra yarım saat qaynatmaq lazımdır. Qaynatdıqdan sonra bal və ya yüngül şirniyyatla qəbul etmək olar. Gündə bir stəkan içilir.ş




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir