resizer

Qəlyan nə qədər zərərlidir?

Baxış sayı: 2. 269

Uzun müddət, siqaret çəkməkdən daha az zərərli hesab olunan qəlyan çəkilməsi, əslində elə siqaret kimi zərərlidir və bir çox təhlükəli xəstəliklərə mübtəla olunmağa gətirib çıxarır. Son tibbi tədqiqatlara əsasən, bir saat qəlyan çəkilməsi 100 ədəd çəkilmiş siqaretə bərabərdir. Məsələn, qəlyan çəkmək mədəniyyətinin son dərəcədə inkişaf etdiyi Misirdə hakimiyyət artıq bu ekzotik əyləncə ilə bağlı məhdudlaşdırma tədbirləri barədə söz açır. Lakin, buna rəğmən, Avropa məkanında qəlyan həvəskarlarının sayı sürətdə artmaqdadır. resizer

Əvvəllər tütün çəkilməsindən daha az zərərli hesab olunan qəlyan çəkilməsi, əslində siqaretdən də zərərlidir. Belə ki, tibb sahəsində çalışan alimlərin son araşdırmalarına görə, qəlyanın çəkilməsi də ağciyərlərin, ürək-damar sisteminin xəstələnməsinə və həmçinin qorxulu xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilər. 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, qəlyan tüstüsündə də siqaret tüstüsündə olan qədər karbon qazı, qatran və ağır metallar vardır. Məsələn, Almaniyanın Xərçəng Xəstəliyi Problemlərinin Öyrənilməsi Mərkəzinin gəldiyi nəticələr də bu qənaəti təsdiqləmişdir. 

Qəlyan və siqaret tüstüləri arasında olan əsas fərq bunları çəkən adam tərəfindən udulan tütün tüstüsünün miqdarındadır. Belə ki, qəlyan tüstüsündə insanın səhhəti üçün son dərəcə ziyanlı olan beriliyin, xromun, kobaltın və nikelin miqdarı, siqaret tüstüsündən olduğundan dəfələrlə çoxdur. 

Və eyni zamanda yaddan çıxarmaq lazım deyil ki, qəlyançəkmə ritualı adətən kifayət qədər uzun müddət – təqribən yarım saatdan bir saata qədər vaxt tələb edir. Bir saat qəlyan çəkilməsi isə 100 ədəd siqaret çəkilməsinə bərabərdir! Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, qəlyanın bu dərəcədə ziyanlı olması əvvəllər düşünüldüyündən daha çox olmuşdur. 

Tibb işçiləri həmçinin xəbərdarlıq edirlər ki, tüstüdə olan zərərli maddələrdən başqa, ümumi şəkildə qəlyan çəkənlər hepatit və vərəm xəstəliklərinə mübtəla olmaq təhlükəsi ilə də qarşılaşırlar. Bu səbəbdən, həkimlər qəlyan çəkməkdən ayrıla bilməyənləri və bu ziyanlı ekzotikanın həvəskarlarını heç olmasa birdəfəlik müştüklərdən istifadə etməyə çağırırlar. 

Qeyd etmək lazımdır ki, Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, həkimlər qəlyan çəkilməsinin Avropa ölkələrində getdikcə daha çox populyarlaşmasından çox ciddi şəkildə narahat olmağa başlamışlar.

Məsələn, bu əyləncə, Almaniya gəncləri arasında çox sürətlə yayılmaqdadır. «Berliner Morgenpost» qəzetinin verdiyi xəbərə görə, Almaniyada artıq üç yüzə yaxın qəlyan kafeləri və yaxud da restoranlarda xüsusi qəlyançəkmə otaqları vardır və bu rəqəm durmadan artmaqdadır. 

Almaniya Xərçəng Xəstəliyi Problemlərinin Tədqiqatı Mərkəzinin verdiyi məlumata görə, bütün dünyada 100 milyondan çox adam qəlyan çəkmə həvəskarıdır. Bu insanların böyük əksəriyyəti Şimali Afrikada və Cənub-Qərbi Asiyada yaşayırlar. 

Qeyd etmək lazımdır ki, tütünün belə ekzotik şəkildə çəkilməsinin populyarlığı bir neçə səbəblə izah edilir. Belə ki, bir çoxlarını meyvə qoxuları ilə rayihələndirilmiş tütünün çəkilməsi cəlb edir. Buraya qəlyançəkmə yerinin adətən qeyri-ordinar şəkildə – çox vaxt klassik orta əsrlər Şərq stilində bəzədilməsini, həmçinin qəlyançəkmə ritualının özünəməxsusluğunu da əlavə etmək olar. 

Əlbəttə ki, burada qəlyan çəkilməsinin siqaretçəkmədən daha az zərərli olması barədə geniş yayılmış fikir də öz rolunu oynayır. Qəlyan həvəskarlarının fikrincə, qəlyanın kolbasında olan mayedən keçən tütün tüstüsü, soyuyur, nəmlənir və rayihələnir. Və bu zaman, kolbadakı maye həm də özünəməxsus bir filtr rolunu oynayır. Belə ki, tütün tüstüsündə olan zərərli qatranların, qarışıqların və külün böyük bir hissəsi suda qalaraq, onun dibinə çökür. Hesab edildiyinə görə, məhz bu, qəlyançəkməni siqaretçəkməyə nisbətən daha təhlükəsiz edir. Amma mütəxəssislərin gəldiyi qənaətə görə, bu fikir tamamilə səhv və əsassızdır. Əksinə, Misirin Səhiyyə Nazirliyinin keçirdiyi tədqiqata görə, ölkədə vərəmin geniş şəkildə yayılmasında məhz qəlyançəkmənin önəmli rolu olmuşdur. 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir