goz

Özümüzün və uşaqlarımızın gözünün nurunu necə qoruyaq?

Baxış sayı: 1. 241

Uşaqlarda və böyüklərdə telefon, eləcə də tablet istifadəsi ilə bağlı uzağı görə bilməmək mənasına gələn miopiya xəstəliyi sürətlə yayılır. Mütəxəssislərə görə, 2050-ci ildə dünya əhalisinin yarısı miopiya olacaq.

Son dövrlər uşaqlarda və hətta böyüklərdə tez-tez görünən göz xəstəlikləri arasına girən miopiya (uzağı görə bilməmək xəstəliyi) epidemiya kimidir. Elm adamlarının proqnozlarına görə, 2050-ci ilə qədər dünyanın tamamən yarısı miopiya olacaq.

Çünki uşaqlar tabletə və kompüterə baxmaqdan xarici atmosferə çıxmır. Göz xəstəlikləri mütəxəssisləri, uşaqlıq dövründəki miopiya xəstəlikləri hallarının artmasının ən önəmli səbəbi kimi həddən çox bağlı mühitdə olmasına və kompüterə çox baxmasını qabardır.

Mütəxəssislər “göz sağlamlığı üçün mütləq Günəşə çıxın və 6 metrdən uzağa baxmağı vacib edən mühitdə olun” çağırışını edir. Dünyanı uzağı görə bilməməklə təhdid edən miopiya xəstəliyi ilə bağlı göz xəstəlikləri mütəxəssisləri vacib məlumatlar verib.

Ä°lgili resim

Telefonla ən çox 20 dəqiqə

Türkiyənin göz xəstəlikləri üzrə mütəxəssisi Şule Ziylan bildirir ki, miopiya bütün dünyada sürətlə yayılıb: “Bunun səbəbi isə uşaqların yaxından baxdıqları telefon, tablet və kompüterdə çox vaxt keçirmələridir. Daha öncələr uşaqlar küçələrdə, parkda oynayırdı. İndi isə qapalı mühitlərdə, qaranlıq evlərdə çox vaxt keçirirlər. Bu da miopiyanın artmasına böyük təsir göstərir. Məsələn, Uzaq Şərqdə miopiya çox artdığı üçün burada yaşayan uşaqlara hər gün ”gündə 2 saat Günəş işıqları altında, küçədə, parkda oynamaları” ilə bağlı müalicə variantları tətbiq edilir. Bayırda oyun oynamaq uşağın uzaq hədəflərə baxmasını təmin edir. Bizim üçün uşaqlar 6 metrdən uzağa baxmağı vacib edən açıq ortamlarda oynamalıdılar. Bu da parkda, küçədə, idman sahələrində olmaq deməkdir. Ailələr uşaqlarına tableti, telefonu, kompüteri 20 dəqiqədən artıq verməməlidir. Uşaqların əlinə əsla cib telefonu verilməməlidir”.

göz zəifliyi ile ilgili görsel sonucu

Gündə iki saat bayırda oynasınlar

Medipol Mega Universitet Xəstəxanası Uşaq Göz Sağlamlığı və Xəstəliklərinin həkimi Sevil Karaman da miopiyanın bütün dünyada böyük sıxıntılara səbəb olduğunu deyərək, aşağıdakıları bildirib: “2050-ci ildə dünyanın yarısının bu xəstəliyə tutulacağı təxmin edilir. Əvvəldən 18-20 yaşına qədər artım olan xəstəlik sonra dayanırdı. Amma indi risk 35 yaşına qədər davam edir. Xüsusən də Asiya ölkələrində bu, çox ciddi problemdir. Qərbdə də var, amma Asiyada bundan daha artıqdır. Nə edilə bilər? Nələr miopiyaya səbəb olar? Bütün bunlarla bağlı araşdırmalar aparılıb. Görülüb ki, uzun müddət ev içi atmosferində və ya qapalı ortamda qalmaq miopiya riskini artırır. Mütləq Günəş olan saatlarda 2 saat bayırda vaxt keçirmək lazımdır. Uşaq bağçalarında, bayırda oyun oynayan, bayırda vaxt keçirən uşaqlarda miopiya riski daha azdır. İkinci olaraq da böyük təhlükə yaradan şey tabletlər, kompüterlər. Uşaq tableti 30 santimetrdən yaxın tutub oxuyursa, bu, problem yaradır”.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi statistikasına görə, bu gün dünyada 7 milyard əhalinin 300 milyondan çoxu 100 faiz görmə qabiliyyətinə malik deyil. 40 milyon insan isə kordur. Onların 1.5 milyonu uşaqlardır. ÜST-ün hesabatına görə, dünyada hər il görmə patologiyası 45 min artır. Azərbaycanda isə görmə əngəlli insanların sayı 30 min nəfərdir.

Beynəlxalq Korluğun Profilaktikası Agentliyinin məlumatına görə, dünyada təxminən görmə problemi olan 300 milyon adamın 41 milyonu korluqdan əziyyət çəkir. Korluqdan əziyyət çəkən insanların 82%-i yaşı 50-dən yuxarı olanlardır. Görmə problemləri olan insanların 19 milyonu uşaqlardır, onlardan 1,5 milyon uşaq tam korluqdan əziyyət çəkir. Dünyada hər il görmə problemləri olan insanların sayı 45 min artır.

Qeyd edək ki, korluq – görmə qabiliyyətinin itirilməsidir. Xroniki korluğun əsas səbəbləri katarakta, qlaukoma, gözün tor qişasındakı sarı ləkənin yaşlanma ilə əlaqədar degenerasiyası, buynuz qişasının ləkələnməsi, zədə, uşaqlarda anadangəlmə göz xəstəlikləridir. Dünyada, həmçinin yaşın artması və nəzarət olunmayan şəkər xəstəliyi ilə bağlı korluq da geniş yayılıb. Mütəxəssislərə görə, vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80%-nin qarşısını almaq mümkündür. Qazanılmış forma ən çox Computer Vision Syndrom deyilən zamanı üzə çıxır. Çünki bu zaman kompüterlə uzunmüddətli iş zamanı göz yüklənir .

göz zəifliyi ile ilgili görsel sonucu

Ən çox yeniyetmə və kiçikyaşlı uşaqlarda  süni şəkildə miopiya meydana çıxır. Bu pasiyentlər yaxına uzun müddət baxdıqlarına görə, sonradan uzağa baxdıqları zaman bulanıq görürlər. Bunun qarşısını almaqdan ötrü gözə fasiləli olaraq, hər 30 dəqiqədən bir 10-15 dəqiqə fasilə vermək lazımdır. Bu zaman uzağa baxmaq  lazımdır ki, göz spazm vəziyyətinə düşməsin. Bundan başqa, həkim təyinatı əsasında gözü qidalandıracaq qaragilə, qarağat tərkibli kapsullardan ildə 2-3 dəfə qəbul edilməlidir. Əgər anadangəlmə yaxındangörmə və uzaqdan görmə problemi varsa,  bu zaman onun qarşısını almaq çətin olur. Bu zaman yalnız profilaktik tədbirlər görülür ki, bu problemin irəliləməsinin qarşısı alınsın. Əgər bu, proqressivləşən miopiyadırsa, bu zaman onun qarşısını almaq mümkün olmur. Yalnız eynək vasitəsi ilə pasientə korreksiya verilir ki, görüntü itməsin.

18 yaşdan yuxarı olan pasient 6 aylıq kontrola alınır, ölçülərində bir dəyişiklik olmadığı təqdirdə ekzimer lazer vasitəsi ilə (əks göstəriş yoxdursa) bu xəstəlik aradan qaldırılır.

 

Görmə qabiliyyətini artırmaq üçün vasitələr, dərmanlar

Yaşı 40-ı ötənlər arasında isə görmə problemi olmayanlara, ümumiyyətlə, nadir hallarda rast gəlinir. Oftalmoloqlar görmə qabiliyyətini yaxşılaşdırmaq, görmə itiliyini artırmaq və göz əzələlərini möhkəmləndirmək üçün nəzərdə tutulan müalicəvi gimnastika və müxtəlif dərman vasitələri məsləhət görürlər. Ahıl yaşlarda görmə qabiliyyətində yaranmış zəifliyi azaltmaq üçün gicitkəndən hazırlanmış şorba, qutab və kükü kimi yeməklərlə qidalanmaq lazımdır.

göz zəifliyi ile ilgili görsel sonucu

Yetişmə mərhələsində olan yerkökünün yaşıl hissəsi təzə halda yeyiləndə və ya salatlara qatılanda gözün görmə qabiliyyətində yaxşılaşdırmaya səbəb olur. Onun yaşıl hissələrini qurudaraq ədviyyat kimi də istifadə etmək olar. Qaragilə, quşüzümü, soğan, sarımsaq, badam, qara gilas, cəfəri, xiyar, şüyüd, kök, çuğundur və kərəviz kimi meyvə-tərəvəzlər gözün görmə qabiliyyətıni yaxşılaşdırır. Qida rasionunda əsasən tərkibi A, B qrup vitaminləri ilə zəngin olan ərzaqlardan istifadə edilməlidir.

Görmə qabiliyyətinin yaxşılaşdırılması üçün bir sıra xalq təbabəti üsulları da var. Təzə yığılmış keşniş xırdalanır və gündə 1-2 dəfə10-20 dəqiqə gözlərin üstünə qoyulub saxlanılır.

Toyuq korluğu zamanı gündə iki dəfə yeməkdən sonra bir qədər suda həll edilmiş 1 damcı dəmrovotu şirəsi içmək lazımdır. Kələm yarpaqları təmiz yuyularaq qaynadılır, soyuyandan sonra yarpaqları gündə 3-4 dəfə yeyilir, qaynadıldığı su içilir. Kartofun üzərində yaranan cücərtilər toplanaraq qurudulur, alınan xammaldan 1 xörək qaşığının üzərinə 1 stəkan 40 faizli spirt əlavə edilir, 1 sutka saxlanılır, süzülür və gündə üç dəfə yeməkdən sonra 1 çay qaşığı qəbul edilir.

Gülümbahar və göyçiçəyin dəmləmələri islatma şəklində göz qapaqlarının üzərinə qoyulanda göz yorğunluğunu aradan qaldırır. Yaxındangörmə zamanı qurudulub üyüdülmüş yemişan meyvələri 1:1 nisbətində balla qarışdırılaraq gündə 3 xörək qaşığı qəbul edilir.

göz zəifliyi ile ilgili görsel sonucu

Həm oxuyaq, həm də gözləri qoruyaq – necə?

Görməni pisləşdirən yayğın səbəblərdən biri də kitab və ya kompüterdən hansısa materialı oxuyarkən gözləri süni olaraq gərginləşdirməyimizdir. Gözlər sətir boyu soldan sağa çevik olaraq gəzişir, yuxarıdan aşağı isə zəif sürətlə yer dəyişir. Bu marşrut göz əzələlərinin yorulmasına səbəb olur. Bunun qarşısını almaq üçün aşağıdakılara əməl etməmiz lazımdır:

Gözlərimizi tez-tez ekran və ya səhifədən ayırıb 1-2 saniyə ətrafa nəzər salmaq (icrası çox vacibdir);

Oxu zamanı başımızı və ya kitabı yavaş-yavaş tərpədərək göz və səhifə arasındakı məsafəni daim dəyişmək;

Səhifəyə baxdığımız bucağı müəyyən dövrdə bir dəyişmək (yerimizi və ya kitab,ekranın yerini azca dəyişərək);

Oxu zamanı gözün fokusunu hərflərin özünə yox, mümkün qədər sətir arası ağ sahələrə yönəltmək;

1920-ci ildə amerikan oftalmoloqu William Bates (Vilyam Beyts) görmənin pisləşmə səbəbləri haqqında öz şəxsi yanaşmasını işləyib hazırladı. Onun əsas ideyası bu idi ki, görməni pisləşdirən əsas səbəb psixi gərginlikdir. İnsan özü nəyəsə baxarkən gözlərinə artıq “yük salmış” olur və gözlər bundan daimi zərər görür. Bates iddia edirdi ki, normal halda gözlər hər hansı obyektə baxarkən gərginləşməməlidir. Gözlər bütün digər orqanlar kimi sağlam qalması üçün gərgin olmadan fəaliyyət göstərməlidir.

Əgər insan nəyəsə uzaqdan və ya yaxından baxmaq istəyirsə, göz əzələləri müəyyən yığılmalar edərək göz almasının formasını dəyişmiş olur. Bu halda göz əzələlərinin yığılmasına sərf olunan səy gözləri gərginləşdirmir. Gözləri gərginləşdirən hal, məsələn, belə haldır: İnsan nəyisə yaxşı görə bilmir, gözlərini müəyyən formaya salaraq (qıymaq, kəskin bucaqla kənara baxmaq və.s.) görməyə cəhd edir. Bu hal davam edəndə gözlər yorulmağa başlayır, gərginlik yaranır, gərginlik isə orqanın fəaliyyətini zəiflətməyə xidmət edir.

Bates-in yanaşmasından çıxan əsas nəticə budur ki, görməni mühafizə etmək və yaxşılaşdırmaq üçün əsas təbii metod onu daim yorulmaqdan qorumaqdır, onu daim rahat halda (relax) saxlamaqdır. Konkret metodlara keçək, hansılar ki, Bates və onun ardıcılları tərəfindən hazırlanıb. Bates hesab edirdi ki, gözləri rahatlatmaq, gərginlikdən qorumaq üçün ən yaxşı şərait tam qaranlıq şəraitdir.

 

 

Sevinc TELMANQIZI

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir