Araşdırmalar göstərir ki, həyat yoldaşının daimi dəstək və etibarını hiss edən insanlar çətin problemlərin öhdəsindən daha asanlıqla gəlir. Uğurlarımız və həyata dair fikirlərimiz bizi əhatə edən insanlardan çox asılıdır. Alimlərin fikrincə, gələcəkdə qazanılan müvəffəqiyyətlər əsasən evləndiyiniz şəxs tərəfindən müəyyən edilir.
Karnegi Mellon Universitetinin tədqiqatçıları aparıdığı araşdırma nəticəsində müəyyən edib ki, həyat yoldaşınız sizin seçim və qərarlarınıza, dolayısı ilə gələcək uğur və ya uğursuzluqlara təsir göstərir.
Araşdırmalar göstərir ki, həyat yoldaşının daimi dəstək və etibarını hiss edən insanlar çətin problemlərin öhdəsindən gəlməyə meyillidir. Alimlər bu qənaətə 163 cütlük üzərində keçirdiyi sorğu nəticəsində gəlib. Araşdırmada hər cütlüyün qarşısına seçim qoyulub: sadə bir məsələni həll etmək və ya bir mükafat uğrunda mübarizə aparmaq. Bu vəziyyətdə tədqiqatçılar cütlüklər arasında gedən bütün söhbətləri izləyib.
Məlum olub ki, eksperiment iştirakçıları arasında həyat yoldaşının böyük dəstəyini hiss edənlər daha böyük mükafat uğrunda mübarizə aparmağa razı olub. Və əksinə – ailədə ərinin, yaxud da xanımının dəstəyini hiss etməyənlər sadə məsələni həll etməklə kifayətlənib. Lakin eksperiment burada bitməyib.
Alimlər araşdırma iştirakçıları ilə yarım il sonra yenidən görüşüb və müəyyən edib ki, mükafat uğrunda mübarizə aparan cütlüklərin münasibətləri digər qrupla müqayisədə daha da möhkənlənib, rifahı yaxşılaşıb və xoşbəxtliyin ümumi səviyyəsi daha da yüksəlib.
Araşdırma qrupunun rəhbəri, məşhur psixoloq və professor Bruk Fininin sözlərinə görə, alim qrupu təsdiq edib ki, mühüm qərarların qəbul edilməsində (iş dəyişmək və ya tanışlar dairəsini genişləndirmək) tərəflərin bir-birinə göstərdiyi dəstək onların gələcək səadətinə təsirsiz ötüşmür.
Həyat yoldaşınız qarşınızda açılan fürsətləri istifadə etməyə təşviq etməklə ya sizə kömək edir, ya da mövcud inkişaf imkanlarından yararlanmaq ehtimalını azaldaraq sizə mane olur.
Məşhur cütlüklər alimlərin bu qənaətini təsdiq edir
Mişel və Barak Omaba, Beyons və Cey-Zi, Mark Zukerberq və Prisilla Çan kimi cütlüklər araşdıranın ən bariz nümunələridir. Hamısı fərqli dünyalardan gəlir və müxtəlif sahələrdə işləyir, lakin hər biri eyni həqiqəti tanıyır: Əgər sevdiyi insanlar kömək etməsəydi, heç vaxt uğur əldə etməzdilər.
Amerikanın sabiq dövlət başçısı Barak Obama 2011-ci ildə Opra Uinfriyə verdiyi müsahibədə etiraf edib ki, uğurlarını müəyyən mənada həyat yoldaşına borcludur:
“Sözsüz ki, Mişelsiz nailiyyət əldə etmək qeyri-mümkün olardı. Soruşursan ki, ağlımı itirməməyə nə olur, daxili balansı qorumağa və stressin öhdəsindən gəlməyə mənə kim kömək edir? Cavabı bu möhtəşəm qadındır. O, yalnız mükəmməl birinci deyil, həm də dayağımdır. Və mən ona hər gün daha çox arxalanıram”.
Daha bir nümunə: Fesybuk sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq 2017-ci ildə Harvard universitetində çıxışında etiraf etmişdi ki, bütün işlərini həyat yoldaşına həsr edib:
“Prisillia dünyada mənə ən əziz insandır, onunla ailə qurmaq həyatımda verdiyim ən doğru qərardır”.
Sadəcə qadınlar deyil ki, kişilər də həyat yoldaşının əsas ilham qaynağıdır. Məsələn, RnB kraliçası Beyons hesab edir ki, Cey-Zinin dəstəyi sayəsində uğur qazanmağa müvəffəq olub. Ulduzun sözlərinə görə, əri onun hər məsələdə əsas məsləhətçisidir:
“Əgər evdə məni gözləyən bu kişi olmasaydı, indi gördüyünüz qadın ola bilməzdim. Onun orada var olduğunu bilmək, nailiyyətlərimin əsas açarıdır”.
Müvəffəqiyyət anlayışını hər birimiz özünə xas şəkildə müəyyənləşdiririk. Bəlkə də bəziləriniz nikah əleyhinə çıxış edirsiniz, ancaq sevgilinizin həyatınızı doldurduğu gözəl hisslərin varlığını inkar edə bilməzsiniz. Sizə inanan və daha mürəkkəb işlərin öhdəsindən gəlməyə təşviq edən birinə yaxın olmaq həqiqətən qiymətsizdir. Bu münasibətlər yalnız müvəffəqiyyət əldə etməyə kömək edir, həm də sizi xoşbəxt və minnətdar edir.
Onu da deyirlər ki, heç kimlə bölüşə bilmədiyin müvəffəqiyyətin heç bir dəyəri olmur… (“Publika.az”)