Bugün marketlərdə satılan şokoladların tərkibində kifayət qədər kimyəvi zərərli maddələr aşkarlanır.
“Gencaile.az” zərərsiz ev şokoladı hazırlamağın ən sadə üsulunu təqdim edir, üstəlik bu prossesə cəmi 10 dəqiqə vaxtınız gedəcək.
Tərkibi:
5 x/q kakao
2 x/q şəkər tozu
50 qr kərə yağı
0,5 stəkan süd
Hazırlanması:
Südü bir qazanda qaynatmadan qızdırın. Şəkər tozu və kakaonu qarışdırın. Ehtiyyatla südün üstünə əlavə edin. Sonra kərə yağını da kütləyə tökün. Kütləni 2 dəqiqə də qarışdıraraq, aşağı odda bişirin. Bu müddətdə bütün ərzaqlar bir-birinə qarışacaq. İsti şokoladı zövqə görə formalara töküb, soyudun. Soyuduqdan sonra, bir neçə saat soyuducuda saxlayın. İstədiyiniz vaxt şokoladı formalarda çıxardıb, dadından zövq alın.